Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yüzlərlə gənc “Heydər Əliyev və Azərbaycan gəncliyi” onlayn konfransında iştirak edib - Foto

Bu gün Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda onlayn gənclər konfransı keçirilib...

Konfransda respublikanın 40-a yaxın şəhər və rayonunu təmsil edən 300 gənc iştirak edib, sosial şəbəkələrdə konfransı canlı yayımda üç mindən artıq şəxs izləyib. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunan konfransda Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” kafedrasının müdiri İradə Hüseynova, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov çıxış ediblər.

Onlayn konfrans zamanı çıxış edən natiqlərin Ulu Öndər ilə bağlı xatirələri, onun yürütdüyü düzgün siyasətin nəticəsi olaraq ölkəmizdə həyatın bütün sahələrinin inkişafında baş verən canlanma, eləcə də Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq aparıcı istiqamətlərdən biri olmuş dövlət gənclər siyasəti barədə məruzələri dinlənilib.

Qeyd olunub ki, Ulu öndərin uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin nüfuzu artıb, hərtərəfli inkişafa nail olunub. Hər zaman sağlam düşüncəli, təhsilli, xalqını, millətini sevən vətənpərvər gənclik görmək istədiyini qeyd edən Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasət gənc nəslin sosial rifahının yaxşılaşdırılmasına, elmi potensialının artırılmasına, eləcə də milli-mənəvi ruhda tərbiyəsinin gücləndirilməsinə də öz töhfəsini verib. Gənclərə göstərilən xüsusi diqqət və qayğı bu gün də yüksək səviyyədə cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir.

Konfransda Gənclər Fondu tərəfindən Heydər Əliyevin şərəfli həyat yolu və fəaliyyətinə həsr edilmiş, eyni zamanda gənclərin Ulu Öndərlə bağlı düşüncələrini özündə əks etdirən videoçarxlar nümayiş olunub. Konfransa sual-cavab sessiyası ilə yekun vurulub.

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər - Fotoreportaj

MSK sədri parlament seçkilərinə hazırlıq prosesindən danışıb

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Sankt-Peterburqda avtobus körpüdən çaya düşüb, 6 nəfər ölüb - Hadisə anının videosu- Foto, Yenilənib

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Prezident Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda birinci tunelin açılışında iştirak edib - Yenilənib

Ən çox oxunanalar