Pentaqonun rəhbərinin kosmik siyasət üzrə köməkçisi Con Plumb bildirib ki, ABŞ, Ukrayna və İlon Maskın SpaceX şirkəti Rusiyanın sərhədyanı ərazilərdə “Starlink”ə icazəsiz girişinin qarşısını almaq üçün birlikdə işləyir...
Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyinin məlumatında bildirilir. Con Plumbun sözlərinə görə, Vaşinqton bu problemlə mübarizəni davam etdirəcək.
“Hazırda biz Rusiyadan istifadənin qarşısını almaqda müvəffəqiyyətli olduq, lakin mən əminəm ki, Rusiya “Starlink” və digər kommersiya kommunikasiya sistemlərindən istifadə yollarını axtarmağa davam edəcək”, deyə Pentaqon rəsmisi qeyd edib.
Bloomberg yazır ki, ruslar “Starlink”dən lisenziyalı istifadə edə bilməzlər. Bununla belə, sizsemdə bir boşluq var və bazarlar vasitəsilə bu rabitə sistemini satın almaq və avropalı bir şəxsin adına abunə olmaq mümkündür.
Qeyd edək ki, bundan əvvəl The Wall Street Journal nəşri “Starlink” terminallarının Rusiya Silahlı Qüvvələri tərəfindən istifadə edildiyini yazmışdı. Nəşr iddia edir ki, son aylarda istifadəçi terminallarını alıb Rusiya ordusuna göndərən vasitəçilərin sayında artım müşahidə olunur.
Poliqon.info