Bazar ertəsi, 03 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayəti ilə bağlı bu günə təyin edilmiş məhkəmə prosesi keçirilməyib...

Qafqazinfo”nun məlumatına görə, buna səbəb cinayət işini araşdıran hakimlərdən birinin - Kamran Muxtarovun səhhətinin qəfil pisləşməsi olub. Belə ki, hakimin təzyiqi yüksəlib, məhkəməyə təcili yardım briqadası çağırılıb.

Həkim müayinəsindən sonra hakimin hələlik işini davam etdirməsi məqbul hesab olunmayıb.

Məhkəməyə sədrlik edən hakim Elnur Nuriyev prosesin gələn həftəyə kimi təxirə salındığını elan edib. 

Qeyd edək ki, millət vəkili Fazil Mustafa ötən ilin martında güllələnib. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hadisəni terror aktı adlandırıb.

Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib. Təqsirləndirilən beş nəfərə - Azər Səricanov, Səbuhi Şirinov, Emin Əliyarov, Rəşad Əhmədov və Elşad Əsgərova qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb.

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda sükan arxasındakı qızın bu hərəkəti müzakirə yaratdı - Video

Putinin Ermənistanla bağlı planı üzə çıxdı - Oktyabrda başlayacaq

Sabiq icra başçısının oğlu məhkəmə qarşısında

Mərhum sənətkarın oğlu: "Ölümündən altı ay əvvəl yaşananlar bizə hələ də qaranlıq qalır"

Bakı metrosunda dəhşətli hadisə: Qatar relslərə yıxılan vətəndaşın üstündən keçdi - Yenilənib

Səudiyyə Ərəbistanı “Sülh sammiti”ndə iştirak etməyəcək

Ordumuzun nəzarətinə keçən məşhur körpü - Foto

İstanbulda Bələdiyyə Başçısı çökən bina ilə bağlı son vəziyyəti açıqlayıb - Yenilənib

Ən çox oxunanalar