Çərşənbə, 01 Fevral 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Ukrayna müharibəsində Rusiyanın və Qərbin mövqelərində hansı taktiki və strateji dəyişikliklər baş verə bilər?..

Politoloq: “Rusiya beynəlxalq hüququ heçə sayaraq Ukraynanın suveren ərazilərini öncə işğal, sonra ilhaq etdi və öz ərazilərinə qatdı. Bu o deməkdir ki, artıq Rusiya üçün beynəlxalq hüquq söhbəti sıfıra bərabərdir”.

Avropa yaxşı başa düşür ki, əgər Rusiya müharibədə qalib gələrsə, bu Avropa və Qərb üçün böyük təhdid ola bilər. Buna görə düşünürəm ki, Ukrayna müharibəsi hələ uzun müddət davam edəcək”.

Bu sözləri politoloq Samir Hümbətov Rusiya və Ukrayna müharibəsinin bundan sonrakı mərhələsini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Zaporojye və Xerson vilayətinin müstəqilliyinin tanınması ilə bağlı fərman imzaladı. Putin qanunsuz və legitim olmayan bu fərmanıyla BMT nizamnaməsində təsbit edilmiş “xalqların bərabərliyi və öz müqəddəratını təyinetmə prinsipi”nə əsaslandırsa da, özlüyündə istinad etdiyi prinsipi də kobud şəkildə pozdu.

Əslində Putin Rusiyanın mövqeyini sabitləşdirmək və növbəti hücum üçün qüvvələrini bərpa etmək üçün vaxt qazanmaq məqsədilə Ukrayna ərazilərini ilhaq etməyə tələsdi.

Bəs Rusiyanın Ukraynada keçirdiyi psevdo referendumdan və elan olunan qismən səfərbərlikdən sonra Ukrayna müharibəsində Rusiyanın və Qərbin mövqelərində hansı taktiki və strateji dəyişikliklər baş verə bilər? Xüsusən Moskvanın atdığı son addımlar nədən xəbər verir və bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Ukrayna-Rusiya müharibəsindəki hadisələri PİA.az-ın əməkdaşı “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “Rusiya nüvə silahından istifadə edə bilər. Buna ehtimal var”.

Qərbin öz mövqelərini Ukrayna məsələsində qoruyub saxlayacağını proqnoz edən politoloq PİA.az-a bildirib ki, eyni zamanda Rusiyaya tətbiq edilən sanksiyaların sayı artırılacaq. Avropa və Qərb çalışacaq beynəlxalq arenada Rusiyanı mümkün qədər daha çox sıxışdırsınlar:

Rusiya beynəlxalq hüququ heçə sayaraq Ukraynanın suveren ərazilərini öncə işğal, sonra ilhaq etdi və öz ərazilərinə qatdı. Bu o deməkdir ki, artıq Rusiya üçün beynəlxalq hüquq söhbəti sıfıra bərabərdir. Bu psevdo referendum Rusiyanın BMT-dəki mövqelərini də bir xeyli sarsıtdı. Çünki müharibə şəraitində işğal altında olan ərazilərdə səsvermə keçirilməsi heç bir beynəlxalq hüquqi aktda təsbit olunmayıb. Putinin son addımları həm də BMT nizamnaməsinin tapdalaması anlamına gəlir. Bəlkə də sülh prosesi çərçivəsində Putin ilhaq məsələsinə hansısa formada don geyindirə bilərdi. Amma indiki halda görünən odur ki, Rusiya heç bir beynəlxalq hüququ saymır.

Nəzərə alınmalıyıq ki, beynəlxalq ictimaiyyətin də Ukrayna məsələsində fikri birmənalı deyil. Bəzi dövlətlər Ukraynanın müdafiəsinə qalxsa da, bəzi ölkələr ya neytral mövqe tutmağa çalışırlar, az bir qisim isə Rusiyanın mövqeyinə haqq verir. Əlbəttə ki, bu ölkələr beynəlxalq hüququ davamlı olaraq pozan üçüncü dərəcəli ölkələrdir. Bütün hallarda Ukrayna məsələsində dünya indi iki hissəyə bölünüb:

1. Rusiyanı dəstəkləyən qüvvələr. Məsələn İran, Suriya kimi ölkələr birbaşa Rusiyaya dəstəyini ifadə edirlər. Bəzi dövlətlər, Hindistan, Çin, Pakistan, Macarıstan və digər ölkələr də bitərəf mövqedə dayanmaqdadırlar. Onlar Rusiyanın nə doğru, nə də yalnış addım atdığını demirlər. Amma müharibənin qısa vaxtda dayandırılmasını tələb edirlər. Bu da önəmli faktordur.m Türkiyə kimi bəzi ölkələr də var ki, onlar Rusiyanın ilhaq siyasətini açıq şəkildə pisləyir, eyni zamanda münaqişənin qısa vaxtda yekunlaşmasını və danışıqlar prosesinə başlanmasını istəyir

2. ABŞ başda olmaqla dünya siyasətində lokomotiv rol alan Qərb dövlətləri isə birbaşa Rusiyaya qarşıdırlar və müharibədə Ukraynanın qalib gəlməsi üçün öz resurslarını səfərbər ediblər. Doğrudur Qərbdə bəzi dövlətlər müharibənin dayandırılmasını və danışıqların başladılmasını istəyir. Amma onlar birmənalı olaraq Ukraynanın mövqeyindən çıxış edirlər.

Rusiyanın atdığı son addımlar Qərbdə də birmənalı qarşılanmadı. ABŞ və Böyük Britaniya Rusiyanın ilhaq məsələsini qəbul etmədi və qınadığını bildirdi. Lakin NATO-nun baş katibi dedi ki, qısa müddətdə müharibəni dayandırmaq lazımdır.

Samir Hümbətov: “Putin yaxın zamanda müharibəni sonlandıra bilməsə, Çin Ukraynanın tərəfindən çıxış edəcək. Hazırkı vəziyyət bunu istisna etmir”.

Aydın məsələdir ki, müharibə dayansa, Rusiyanın ilhaq etdiyi ərazilər Ukraynaya qaytarılmayacaq. Avropa Rusiyanın nüvə təhdidinə görə bir az geri çəkildi. Amma Avropanın Ukraynaya dəstəyinin kəsiləcəyini demək olmaz.

Ən maraqlı proses isə Çinlə bağlı gedir. Müharibəni başladan Putin hər şeydən əvvəl Çindən alacağı dəstəyə ümidliydi. Digər tərəfdən isə Rusiya lideri heç də düşünmürdü ki, müharibə uzana və indiki situasiya yarana bilər. İndiki situasiya isə Rusiya üçün fəlakət anlamındadır. Çünki tamamilə təklənən Rusiyanın öz resurslarını bərpa etmək üçün müttəfiqi yoxdur. Müharibə başlamamışdan əvvəl Kremldə hesab edirdilər ki, belə bir müttəfiq Çin olacaq. İndi isə onlar tamamilə əmindirlər ki, Çin Rusiyanın resurslarını bərpa edəcək müttəfiq deyil. Bu isə Rusiyanın vəziyyətini həddindən artıq ağırlaşdırır. Çünki uzun müddət müharibə aparmaq üşün Rusiyanın hər şeydən əvvəl resursların, xüsusən də hərbi və maliyyə resurslarının yenilənməsinə ehtiyac var. Hazırda isə Moskva belə bir resursdan tamamilə məhrumdur və hadisələrin gedişi onu göstərir ki, Putin yaxın zamanda müharibəni sonlandıra bilməsə, Çin Ukraynanın tərəfindən çıxış edəcək. Hazırkı vəziyyət bunu istisna etmir.

Avropa yaxşı başa düşür ki, əgər Rusiya müharibədə qalib gələrsə, bu Avropa və Qərb üçün böyük təhdid ola bilər. Buna görə düşünürəm ki, Ukrayna müharibəsi hələ uzun müddət davam edəcək. Bu gedişlə Qərb də öz mövqelərini Ukrayna məsələsində qoruyub saxlayacaq. Eyni zamanda Rusiyaya tətbiq edilən sanksiyaların sayı artırılacaq. Avropa və Qərb çalışacaq beynəlxalq arenada Rusiyanı mümkün qədər daha çox sıxışdırsınlar.

Samir Hümbətov: “Hər bir halda Ukrayna ərazilərini azad edənə qədər müharibəni davam etdirəcək”.

Bütün bunlar da nəticə etibarilə Rusiyanın geri addım atmasına imkan yaradacaq. Amma bu müharibə özüylə sürpriz də gətirə bilər. Çünki Rusiya nüvə silahından istifadə etməyəcək, deyə bir anlayış yoxdur. Rusiya nüvə silahından istifadə edə bilər. Buna ehtimal var. Amma Rusiyanın nüvə silahından istifadə etməsi dünya üçün nə qədər böyük fəlakətdirsə, bir o qədər də, bəlkə də daha çox Rusiya üçün fəlakət deməkdir deməkdir. Bütün hallarda bilinən oidur ki, nüvə silahından istifadə etməklə Rusiya bu müharibədə qalib gələ bilməyəcək.

Onu da qeyd edim ki, yaxın zamanlarda Ukraynanın işğaldan azad etdiyi ərazilərin sayının çox olacağı gözlənilir. Çünki Rusiyanın səfərbər etdiyi ehtiyyatları cəbhəyə yollamaq üçün bir neçə aya ehtiyacı var. Düşünürəm ki, hər bir halda Ukrayna ərazilərini azad edənə qədər müharibəni davam etdirəcək”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sərnişindaşımada qiymət artdı... - Vətəndaşların sosial vəziyyəti necə olacaq?

Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətləri artırıldı

NTV-nin jurnalisti Ukraynada Kadırovçular tərəfindən dəfələrlə zorlanıb

Qəbirlər hər gün 5 kəlmə ilə insanı çağırar

Uçot dərəcəsinin rekord səviyyəyə qədər artırılması dünya ticarət sisteminə necə təsir edəcək?

Səbuhi Şahverdiyev Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsindən azad edilib

Naxçıvanın Penitensiar Xidmətinin rəisi həbs edilib - Foto

Alimpaşa Məmmədov bağçaların pulunun mənimsənilməsindən danışdı

Ən çox oxunanalar