Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Donald Tusk 4 naziri istefaya göndəririr, hökuməti yenidən qurur

Polşanın baş naziri Donald Tusk ölkə hökumətində 4 naziri dəyişməyi planlaşdırır...

Poliqon xəbər verir ki, bu barədə "Radio Zet" radiostansiyası Tuskun özünə istinadən məlumat yayıb.

Jurnalistlərin fikrincə, hazırkı nazirlər Avropa Parlamentinə seçkilərdə namizəd kimi çıxış etməyə hazırlaşdıqlarına görə vəzifələrindən gedəcəklər. Yeni nazirlərin adları bu gün açıqlanacaq. Eyni zamanda, gələn həftə prezident sarayında yeni nazirlərin təntənəli təyinat mərasimi keçiriləcək. Bu qərar prezidentin işgüzar səfərləri ilə əlaqədar qəbul edilib.

Müxbirlərin bildirdiyinə görə, hakimiyyət Daxili İşlər və Administrasiya, Dövlət Aktivləri, Mədəniyyət, eləcə də İnfrastruktur və İnkişaf nazirliklərinə yeni rəhbət təyin etməyə hazırlaşır.

"Məni tanıyanlar, ilk baş nazirlik dövründən xatırlayanlar bilirlər ki, heç kim, o cümlədən mən də əbədi olduğumuzu düşünmürəm. Yalnız ictimai və dövlətin maraqları nəzərə alınır. Bu gün nazir kimi sizinlə vidalaşan nazirlər qarşılarına qoyulan vəzifələri yerinə yetiriblər. İlk aylar divarın sökülməsi ayları idi. Bu gün hər şeyi qaydaya salmağın vaxtıdır. Biz bu dəyişiklikləri birlikdə etmək qərarına gəldik", deyə Tusk bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Reuters: Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Qızıl Aypara: Rəisinin helikopterinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb

Təyyarə və helikopter qəzasında ölən dünya liderləri - Siyahı

İbrahim Rəisinin ölümü Xameneyinin oğlunun mövqelərini gücləndirib

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Ən çox oxunanalar