Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Viruslar artıq on ildən bir yox, iki-üç ildən bir yayıla bilər” – Həkim-infeksionist

Koronavirus pandemiyasından sonra ard-arda endemik xarakterli virusların yayılması xəbərləri insanların əsəblərini bir qədər də tarıma çəkib. Bəlkə də, indiyə qədər hansısa uzaq Afrika ölkəsində virusun yayılması xəbəri insanlara bir o qədər təsir etmirdisə, artıq pandemiyadan sonra bu qəbildən olan xəbərlərə laqeyd yanaşmaq mümkün olmur.

Bəs hər gün yeni bir endemik virus adı eşitməyimizə səbəb nədir? İnsanlar bunlardan necə qorunmalıdırlar?

Məsələ ilə əlaqədar Oxu.Az-a açıqlama verən həkim-infeksionist Ümit Savaşcı deyib ki, bir neçə aydır, xüsusilə tropik bölgələrdən gələn təsirlərlə virus xəstəliklərində ciddi artım hiss olunur:

“Bunun da ən böyük səbəbi insanların artıq səyahət azadlığının sərhəd tanımaması, ölkələrarası turist keçidlərinin çox olmasıdır. Bir bölgəyə xas olan endemik virus xəstəliklərinin sürətli şəkildə yayılmasının ən böyük örnəyi də meymunçiçəyi virusudur. Bu virus məhz qeyd etdiyim şəkildə dünyaya yayıldı.

Bunun xaricində hər on ildən bir dünyada pandemiya ola bilər. Qlobal istiləşmənin artması, vəhşi təbiətə insanların ayaq basması amilləri Krım-Konqo qızdırması kimi virusların yayılmasına səbəb olub. Bundan sonra da belə hadisələri çox görəcəyik. Təəssüf ki, tropik vəhşi təbiətdə insanlara yoluxma ehtimalı olan, lakin hələ tanımadığımız bir çox viruslar mövcuddur. Ona görə də artıq on ildən bir yox, iki-üç ildən bir bu şəkildə virus infeksiyalarına rast gələ bilərik.

Bu virusların pandemiya miqyasına çatması, nə qədər insanın bu viruslara yoluxması və sağlamlığımıza nə qədər təsir edəcəyi məsələsi virusun yayılma tezliyi, həmçinin onun aqressivlik dərəcəsindən asılı olacaq”.

Həkim qeyd edib ki, heyvanlardan insanlara keçən zoonoz infeksiyalarda yoluxma daha çox yuxarı tənəffüs yolları ilə baş verir:

“Ona görə də bir insan birdən çox insanı virusa yoluxdura bilir. Koronavirusda da eyni hal yaşandı və bu da pandemiyaya səbəb oldu. İnsanlar növündən asılı olmayaraq yayılan virusun vaksini varsa, mütləq şəkildə vaksinasiya olunmalıdırlar. Bundan əlavə, gigiyena qaydalarına riayət etmələrini və getdikləri ölkədə yuxarı tənəffüs yolları ilə yayılan virus varsa, tibbi maskadan istifadəni tövsiyə edirik”.

Ü.Savaşçı vurğulayıb ki, həmçinin səyahət edən şəxslər içdikləri suyun mənbəyinin təmiz olmasına, meyvə və tərəvəzlərin təmiz yuyulmasına diqqət etməli, mümkünsə, səyahət etdikləri yerlərdə yaxşı bişmiş ət və süd məhsullarını istehlak etməyə önəm verməlidirlər.

Bundan sonra söz açdığımız virus, bakteriya növləri dünya gündəmində olacaq. Ölkələrdə vaksin problemi və həmçinin turizmin həddən çox inkişafı endemik virusların yayılmasında əsas səbəblərdən biridir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar