Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın gündəmi “Öncə Amerika” şüarından uzaqlaşır...

Amerikalılar 3 noyabrda keçiriləcək seçkiləri üçün günləri hesablayarkən, Tramp poçtla səs verilməsi prosesinə qarşı müharibə elan edib...

Abdullah Muradoğlu
“Yeni Şafak” qəzeti, Türkiyə, 8 sentyabr 2020-ci il

Covid-19 epidemiyası səbəbindən poçtla səs verənlərin sayı daha da artacaq. Demokrat seçicilərin poçtla səsvermə nisbəti Respublikaçılardan daha yüksəkdir. 6 ştat idarəsi pandemiya səbəbi ilə bütün səslərin poçtla verilməsinin planlaşdırıldığını açıqlayıb. ABŞ-ın bütün ştatlarında poçtla səs verilməsi isə Trampın gözünü qorxudur.

Trampın iyul ayının sonlarında yazdığı bir tvitində mövcud şərtlərdə poçtla səs veriləcəyi təqdirdə, 2020-ci il seçkilərinin ABŞ tarixindəki ən yanlış və saxta seçki olacağını qeyd edib. Tramp hətta: “İnsanlar düzgün və etibarlı bir şəkildə səs verənə qədər seçkini təxirə salın”, demişdi. Nümayəndələr Palatası Azlıqlar Lideri Kevin Mekkarti ilə Senatın Çoxluq Lideri Miç Mekkonnel isə Trampın bu təklifini rədd ediblər. Çünki seçkilərin təxirə salınmasına yalnız ABŞ Konqresi qərar verə bilər. Nümayəndələr Palatasında Demokratlar və Senatda isə Respublikaçılar çoxluq təşkil etdiyi üçün Konqresin bu istiqamətdə qərar qəbul etməsi mümkün deyil.

Respublikaçı siyasətçilər Trampla poçt səsverməsi məsələsində eyni fikirdə deyillər. Trampın özü belə Florida seçkilərində poçtla səs vermişdi. Demokratların vitse-prezidentliyə namizədi Kamala Harris keçən həftə bir tvitində: “Donald Trump poçtla səs verir, ancaq sizin bunu etməyinizi istəmir. Onun üçün kifayət qədər təhlükəsizdirsə, bizim üçün də o qədər yaxşıdır”, deyə qeyd edərək Trampın ziddiyyətli münasibətini vurğulayıb.

Anketə görə, Trampı dəstəkləyən seçicilərin 11%-i poçtla səs verəcək. Tramp poçt səsverməsi ilə müharibə apararkən, Nümayəndələr Palatası Azlıqlar lideri Kevin Mekkarti əksinə poçt səsverməsini daha da təşviq edir.

Covid-19 ən çox yaşlıları təhdid edir. Ağ dərili qocalar isə Respublikaçılar Partiyasının ən sadiq seçiciləridir. ABŞ-da yerləşən “Axios”un saytında yer alan xəbərə görə, Mekkarti Trampa poçtla səs verməyə qarşı müharibə etməməsi barədə xəbərdarlıq verib. Mekkarti poçtla səsverməyə qarşı müharibə elan etməyin ABŞ Konqresi üçün namizəd olan Respublikaçılara seçkilərdə zərər verəcəyini iddia edir. Çünki poçtla səsverməyə mane olmaq yaşlı insanları səs verməkdən çəkindirə bilər. Belə bir vəziyyətdə isə 3 noyabr günü Respublikaçılar üçün əsl fəlakət olar.

Digər tərəfdən, Tramp 2016-cı ildə prezident seçilməsinə səbəb olan “Öncə Amerika” şüarını qaralayan bəzi təşəbbüslərlə məşğul olur. Serbiya və Kosovo liderlərini Ağ Evdə görüşdürən Tramp iki lideri barışdıra bilməyib, lakin bu görüşü İsrail üçün ictimaiyyətlə əlaqələr proqramı kimi başa vurub. Tramp Serbiyanın Serbiya səfirliyini Qüdsə köçürmək qərarına gəldiyini və əksəriyyəti müsəlman olan insanlara ev sahibliyi edən Kosovanın İsraili tanıyacağını açıqlayıb. Trampın bu görüşü “Yaxın Şərq sülhü üçün gözəl bir gün” kimi qiymətləndirməsi isə olduqca qəribə idi.

Tramp gələn həftə sonu Birləşmiş Ərəb Əmirlikləri ilə İsrail arasında hərtərəfli bir sülh sazişi imzalamaq üçün tərəfləri Ağ Evdə görüşdürməyi planlaşdırırmış. BƏƏ İsrail ilə qondarma normallaşma münasibətləri qurmaq müqabilində ABŞ-dan F-35 döyüş təyyarələri alacağını gözləyirdi. İsrail tərəfi isə BƏƏ-nin F-35 almasına icazə verməyəcəyini açıqlayıb. İsrailin reaksiyası BƏƏ üçün heç yaxşı olmadı. Yeni bir razılaşmanın BƏƏ üçün F-35-ə yol açıb-açmayacağı isə yenə də qeyri-müəyyəndir. Tramp bir çox ərəb səfirinin gələn həftə planlaşdırılan görüşə qatılmasını istəyib. Görünür, Tramp İsrail-BƏƏ müqaviləsinin ərəb dünyasından geniş bir dəstək aldığını göstərməyə can atır.

Bununla birlikdə, Trampın təşəbbüsü yalnız “xristian-sionist-evangelistlər”lə yaxından bağlıdır. Hazırda sıravi amerikalıların gündəmində Covid-19 pandemiyasının iqtisadiyyatda yaratdığı durğunluq və işsizliyin çox sayda insana gətirdiyi ciddi zərər var. Xalqın ağır gündəmindən uzaqlaşan Trampın “Öncə İsrail” gündəminin noyabr seçkilərinə necə təsir edəcəyi maraqlıdır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

Ən çox oxunanalar