Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Özünü Dövlət Gömrük Komitəsinin əməkdaşı kimi təqdim edərək külli miqdarda dələduzluq etmiş şəxs barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb...

Qafqazinfo” xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Qəbələ rayon Bum qəsəbə sakini 1996-cı il təvəllüdlü Zaməddin Hacıyevə hökm oxunub.

O, Cinayət Məcəlləsinin 178.3.2 və 310-cu (külli miqdarda dələduzluq və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirli bilinib.

Araşdırmalar zamanı məlum olub ki, Z.Hacıyev hərbi xidmətdə olarkən oradakı yoldaşlarına özünü gömrükçü kimi təqdim edib. Ali təhsilli olan şəxs daha sonra hərbi xidmətini başa vurub və Bakıya gəlib. O, paytaxtda 110 manat müqabilində gömrükçü geyimi alıb və həmin formanı qeyri-qanuni şəkildə geyinərək daşımağa başlayıb.

Bundan sonra Z.Hacıyev özünü Dövlət Gömrük Komitəsinin Kadrlar İdarəsinin və İstintaq İdarəsinin məsul əməkdaşı kimi təqdim etməklə bir neçə tanışını işə düzəltmək adı ilə pul alıb.

O, müvafiq olaraq zərərçəkmiş şəxslərdən 2 000, 8 600, 11 000, 28 400, 17 825, 2 920, 37 530 manat alıb.

Bildirilib ki, Zaməddin Hacıyev görüşlərə Dövlət Gömrük Komitəsinə aid xidməti formada və bahalı “Range Rover” markalı avtomobildə gedirmiş. Onun əməlindən zərər çəkmiş şəxslərdən biri ATV telekanalının əməkdaşı olub. O, həmin şəxsə Dövlət Gömrük Komitəsində xidməti sürücü götürəcəyi vədini verərək 2 920 manatını ələ keçirib.

Zərərçəkmiş şəxslər Z.Hacıyevin verdiyi vədə və aldığı pulun qarşılığında götürdüyü öhdəliyə əməl etmədiyi səbəbindən hüquq-mühafizə orqanlarına müraciət ediblər. Bundan sonra cinayət işi açılıb və o saxlanılıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə Z.Hacıyevə 7 il 6 ay həbs cəzası verilib.

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub

Ən çox oxunanalar