Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Laçında müntəzəm marşrut xətləri açılıb - Foto

Bu gündən Laçın şəhəri - Zabux kəndi və Laçın şəhəri - Qarıkaha kəndi - ”Zerti” Aqro-Sənaye Parkı müntəzəm marşrut xətləri sakinlərin istifadəsinə verilib...

Bu sözləri AZƏRTAC-a açıqlamasında Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev deyib.

O bildirib ki, marşrutlar arasında interval əhalinin sayına uyğun olaraq müəyyən ediləcək: “Avtobuslar laçınlı sahibkar tərəfindən hər hansı bir gəlir gözlənilmədən hər gün xəttə buraxılacaq və intensiv işləyəcək. Nəzərdə tutulan istiqamət üzrə yolun uzunluğu təxminən 40 kilometrə qədərdir”.

“Gələcəkdə “Yaşıl enerji zonası” elan olunan Laçın rayonunda zamanın çağırışlarına çevik cavab verən elektrikli nəqliyyat vasitələrinin də istifadəyə verilməsi gözlənilir”, - deyə Hüseyn Quliyev əlavə edib.

Qeyd edək ki, indiyədək Laçın şəhərində 493 ailənin, yəni 1838 nəfərin, Zabux kəndində 217 ailə, 823 nəfərin daimi məskunlaşması təmin olunub.

Poliqon.info


Etiket: Laçın Marşrut


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

Ən çox oxunanalar