Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ dövlət katibinin köməkçisi Azərbaycan-Ermənistan normallaşmasından danışıb

ABŞ dövlət katibi Entoni Blinkenin gündəliyindəki əsas məsələlərdən biri olan Azərbaycan-Ermənistan danışıqlar prosesi özündə yekun sülh sazişi, sərhədlərin demarkasiyası, ölkələr arasında nəqliyyat əlaqələrinin bərpası kimi bir çox mürəkkəb məsələlərin müzakirəsini birləşdirir...

PİA.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid “Amerikanın səsi” radiosunun erməni xidmətinə müsahibəsində deyib.

Donfrid bildirib ki, ABŞ AzərbaycanErmənistan arasında birbaşa dialoqu dəstəkləyir.

Onun sözlərinə görə, yalnız bu yolla haqqında danışılan mürəkkəb məsələlərin həllinə nail olmaq olar: “Biz hesab edirik ki, AzərbaycanErmənistan sülh prosesinə olduqca sadiqdir. Biz anlayırıq ki, sülhə nail olmaq üçün qəbul edilməsi zəruri olan çətin qərarlar rəsmi İrəvan və Bakı tərəfindən verilməlidir, bunu anlayaraq hər cür kömək etməyə hazırıq”.

Diplomat vurğulayıb ki, ABŞ vəziyyətin hər hansı bir formada gərginləşməsini görmək istəmir.

ABŞ hər zaman etdiyi kimi, ilk növbədə iki ölkə arasında vəziyyətin gərginləşməməsindən əmin olmaq və müsbət irəliləyişə nail olmaq üçün diplomatik münasibətləri davam etdirəcək”, - Blinkenin köməkçisi diqqətə çatdırıb.

Donfrid həmçinin Avropa İttifaqına Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müşahidə etmək üçün mülki missiya göndərdiyinə görə minnətdarlığını bildirib və o əlavə edib ki, ABŞ bu təşəbbüsü tam şəkildə dəstəkləyir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

Ən çox oxunanalar