Bazar ertəsi, 27 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Anjey Duda Trampı Rusiyaya qarşı çevirə bilər...

Politico: Polşa prezidenti Duda Trampı Rusiyaya qarşı yönəldə bilər...

Polşa hökuməti hesab edir ki, ölkə prezidenti Anjey Duda Rusiyaya münasibətini dəyişmək üçün Donald Trampa təsir göstərə biləcək.

Poliqon xəbər verir ki, bu barədə “Politico” qəzetinin Avropa bürosu mənbələrə istinadən yazır.

“Tramp öz eqosunu sığallamaqdan başqa heç nəyi sevmir və Polşanın mühafizəkar Hüquq və Ədalət (PiS) partiyası və Dudanın Donaldı sakitləşdirməkdə kifayət qədər təcrübəsi var”, deyə nışr yazır.

PiS siyasətçiləri ABŞ-da mütəmadi olaraq mühafizəkar yığıncaqlarda çıxış edirlər. Nəşr yazır ki, Duda ABŞ prezidenti Co Baydeni 2020-ci il seçkilərində qələbəsi münasibətilə təbrik etməkdən imtina edən bir neçə nəfərdən biri idi və 2018-ci ildə PiS hökuməti Ağ Evi ABŞ qoşunlarını Polşada yerləşdirməyə təşviq etmək üçün hətta Polşadakı bazanı “Fort Tramp” adlandırmağı da düşünmüşdü. .

ABŞ Konqresi Ukraynaya əlavə yardımı təsdiqlədikdən sonra PiS bunun daha əvvəl Ukraynanın ehtiyaclarını müzakirə etmək və Nümayəndələr Palatasının spikeri Mayk Consonla görüşmək üçün Nyu Yorkda Trampla görüşən Polşa prezidentinin təsiri ilə bağlı olduğunu bildirilir.

Politico qeyd edir ki, Polşa hökuməti Trampı eşitməkdə üstünlük görür və onun üzərində təsirini artırmağa çağırır.

“Ümid edirəm ki, Nyu-Yorkdakı görüş zamanı prezident Polşa hökumətinin tövsiyəsindən istifadə edib və təhlükəsizlik məsələlərinə Polşanın nöqteyi-nəzərini təqdim edib”, deyə nəşr Polşanın baş naziri Donald Tuskdan sitat gətirir.

Politico qeyd edir ki, PolşaABŞ Rusiyanın yaratdığı risk, eləcə də Trampın ikinci prezidentliyi dövründə ABŞ-ın NATO-dan çıxması və Avropanı tərk etməsi təhlükəsi mövzusunda həmrəydir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda keşiş Paşinyanın postuna namizəd oldu

Qazaxın işğaldan azad edilən dörd kəndinin sakinləri doğma yurdlarında - Video

Paytaxtdakı uşaq bağçasında çəkilən kadrlar müzakirələrə səbəb olub

Əfv sərəncamına əsasən dörd qadın məhbus azad edili

Azərbaycanda hotellərə ulduz dərəcəsi hansı meyarlara görə verilir?

Siyəzəndə 45 yaşlı kişi özünü güllələyib

Zelenski ABŞ və Çin liderlərini sülh sammitinə çağırıb

Ən çox oxunanalar