Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kimdə bu 5 əlamət varsa, 100 yaşa çata bilər - Siyahı

İnsanın ömrü onun nə qədər məşğul olmasından asılıdır...

Çox insan uzun ömür yaşamaq istəyir. Amma etiraf edək ki, elə çoxumuz orqanizmimizin bu qədər ömrə uyğun olmadığını bilirik.

PİA.az medicina.az-a istinadla xəbər verir ki, alimlər bir insanın 100 il yaşama şansını göstərən 7 əlaməti tapıblar. Əgər sizdə bunlar varsa, deməli, 100-ə çata bilərsiz.

1. Normal çəki və piysiz qaraciyər

Yaşlandıqca insana bir qədər yağ, piy lazım olur. Amma alimlər bədən çəkisi indeksi normaya yaxın və boyuna uyğun insanların 90 yaşa kimi çatmasını təsdiqləyib.

Eləcə də ürək və qaraciyərdə piy toplanması ürək xəstəliklərini artırır. Ona görə daxili orqanların piylənməsinə yol vermək olmaz və mütəmadi yoxlanmalıdır.

2. Sürətli gəzmək

Tez-tez, sürətli və çox gəzənlər daha çox yaşayacaq, nəinki evdə, işdə əyləşənlər. Eləcə maşın sükanı arxasında çox olanlarda erkən ürək əlamətləri görülür.

3. Meyvə, səbzə, tərəvəz çox yemək

Hətta ət yeməyinin yanında da göyərti, salat, tərəvəz yeyənlər daha sağlam və uzunömürlü olur.

4. Zəhmətkeşlik, fiziki əmək

İnsanın ömrü onun nə qədər məşğul olmasından asılıdır. Sutkanın böyük hissəsini hansısa işlə məşğul olan, vaxtı olmayan, məqsədyönlü, aktiv, işsiz dayana bilməyənlərin daha çox yaşaması və keçən illərin fərqində olmadığı sübut olunub. Ətalət halında insan daha çox özünə qapılır, evdən çıxmağa ərinir və məqsədsiz yaşadığı üçün həyat ona mənasız gəlir.

5. Yaxşı yuxu və xoş əhval

Sadə bir hadisəyə sevinən, xırda detallardan xoşbəxt olan, dostluğa meyilli, eləcə də sutkalıq gecə yuxusu 7 saat olan insanlar da 100-ə çata bilər. Ümumiyyətlə, yaşlı vaxtı 30 dəqiqəlik gündüz yuxusu da vacibdir. Bu zaman beyin neyronları təmizlənir, aktivləşir və lazımi hormonlar sintez olunur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar