Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Keçmiş deputat Cəbrayılovun qardaşının həbsi tələb edilir

Deputatın hüquqi varisi olan xanımı Aidə Cəbrayılova da Elşən Cəbrayılovun məsuliyyətə cəlb olunmasını tələb edir...

Həbsxanada koronavirus infeksiyasından dünyasını dəyişən keçmiş deputat Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovun ev dustaqlığına buraxılması narazılığa səbəb olub.

Qaynarinfo xəbər verir ki, Rafael Cəbrayılovla bağlı cinayət işində zərərçəkən qismində tanınan vətəndaşlar Elşən Cəbrayılovun həbs olunmasını cinayət işlərinin birləşdirilməsini tələb edirlər.

Məlumat üçün deyək ki, Elşən Cəbrayılov Nərimanov Rayon Pollis İdarəsi tərəfindən həbs olunmuşdu. Onun Vətən müharibəsi iştirakçısı da daxil olmaqla bir neçə nəfərə qarşı dələduzluq etdiyi iddia olunub.

Elşən Cəbrayılov Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət əməli törətməkdə şübhəli bilinərək barəsində həbs qətimkan tədbiri seçilmişdi. Lakin sonradan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Zərərçəkənlər bildirir ki, onlara qarşı dələduzluq əməlində Elşən Cəbrayılovun da adı keçir:

“Hər halda mərhum qardaşı bir neçə dəfə məhkəmədə bizə qarşı dələduzluq əməlinin məhz Elşən Cəbrayılov tərəfindən törədildiyini deyib və onun məsuliyyətə cəlb olunmasını tələb edib. Lakin buna baxmayaraq Elşən Cəbrayılov barəsində müvafiq tədbirlər görülməyib. Onun barəsində hazırda istintaqı aparılan cinayət işinin bizim işə aidiyyatı yoxdur. Bizim tələbimiz bu işlərin birləşdirilərək birgə araşdırılması ilə bağlıdır”, deyə zərərçəkənlər bildirib.

Onların sözlərinə görə, Elşən Cəbrayılovun məsuliyyətə cəlb olunması üçün qanunun imkan verdiyi bütün vasitələrdən istifadə edəcəklər.

Rafael Cəbrayılovun hüquqi varisi olan xanımı Aidə Cəbrayılova da Elşən Cəbrayılovun məsuliyyətə cəlb olunmasını tələb edir.

“Əslində Rafael Cəbrayılov yox, Elşən Cəbrayılov həbs olunmalı idi. Çünki bütün bu oyunları quran odur. Digər tərəfdən, mən onun vergi cinayəti barədə müvafiq qurumlara müraciət etmişdim. Nəticəsi olmadı. Cinayət işlərinin birləşdirilməsi barədə vəsatət qaldırmışdıq. Amma təmin olunmadı”, deyə Aidə Cəbrayılova Qaynarinfo-ya bildirib.

Bəzi iddialara görə, Elşən Cəbrayılovun ev dustaqlığına buraxılması özü ilə bağlı cinayət işində zərərçəkən kimi tanınan şəxsləri razı salması ilə bağlıdır. Aidə Cəbrayılova da bu barədə məlumatlı olduğunu deyib. “Məndə olan məlumata görə, həmin adamlardan bəzilərinin pulunu qaytarıb. Ona görə də həbs qətimkan tədbiri dəyişdirilib”, – deyə keçmiş deputatın xanımı əlavə edib.

Aidə Cəbrayılova və zərərçəkənlər narahatdır ki, Elşən Cəbrayılov bu üsulla məsuliyyətdən yayınıb ölkəni tərk edə bilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Ən çox oxunanalar