Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suriya cəbhəsi... - Putin Ərdoğanla Əsədi görüşdürə biləcək?

Rusiya prezidenti Ərdoğanla Bəşər Əsəd arasında görüş təşkil etməyə çalışır...

Politoloq: “Putin istəyir ki, Bəşər Əsədlə Ərdoğanı bir aya gətirsin və bununla da Türkiyə-Suriya arasında olan siyasi gərginliyin həll edilməsinə nail olsun. Ən əsası bununla Rusiya Suriyada rahatlıq tapacaq”.

“Ərdoğan və Əsədin bir araya gəlməsi indi real deyil. Ola bilsin ki, bir müddət sonra bu reallaşa bilər”.

Bu sözləri politoloq Samir Hümbətov Rusiya prezidentinin Ərdoğan və Əsədlə görüşünü təşkil etmək istəyini PİA.az-a şərh edərkən qeyd edib.

Rusiya Prezidenti Vladimir Putin uzun müddətdir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Suriya Prezidenti Bəşər Əsəd arasında görüş təşkil etməyə çalışır. Rusiya bu yolla Türkiyənin Suriyada keçirmək istədiyi əməliyyatın qarşısını almağa və dəstəklədiyi Əsəd rejimi ilə Türkiyə arasında münasibətlərin normallaşmasına çalışır. Ərdoğan isə ilk növbədə Suriya müxalifəti ilə Əsəd rejimi arasında müzakirələrin başladılmasını istəyir.

Qeyd edək ki, Əsəd hələ də Suriya müxalifəti ilə birbaşa müzakirələrə başlamaq haqda Ərdoğanın təklifini cavablandırmayıb. Ola bilsin ki, Suriyadakı vəziyyəti normallaşdırmaq və burda hərbi əməliyyatdan qaça bilmək üçün Rusiya Əsədə qarşı təzyiqlərini artırsın və Suriya prezidentini müxalifətlə müzakirələrə başlamağa məcbur etsin. Lakin müzakirələrin başladılması hələ o demək deyil ki, Əsəd müxalifətlə hakimiyyəti paylaşmağa razı olacaq. Bu hər şeydən əvvəl Rusiyanın Suriyadakı varlığını təhlükə altına ata bilər. Moskva parçalanmış vəziyyətdə və müxtəlif ölkələrin buyruğunda olan müxalifətin hakimiyyətdə təmsil olunmasını özünün Suriyada və Aralıq dənizində olan varlığına qarşı ən böyük təhlükə hesab edir. Böyük ehtimalla Rusiya danışıqlar naminə danışıqlar aparılmasını lazım bilir və bu Moskvanın maraqlarına cavab verir. Danışıqların başlaması Türkiyə ilə Suriya arasında daha münbit şərait yaratdığı kimi, eyni zamanda Türkiyənin Suriyanın şimalında əməliyyata başlamasını əngələyəcək.

Türkiyənin isə bu danışıqların effektli və səmərəli olması üçün təminat almadan Əsədələ barığığa getməsi isə heç də inandırıcı görünmür. çünki Ankara yaxşı bilir ki, Moskva üçün vaxt udmaq və Suriyada sabit şəraitə nail olmaq əsas məsələdir. Ona gör ədə danışıqların başlaması belə sual altındadır. Digər tərəfdən isə Suriya aktorlarının hər hansı birinin yaratdığı təxribat Ankaranı daha sərt addımlar atmağa sövq edə bilər.

Qeyd edək ki, son iki ayda Ərdoğan və Putin məhz Suriya məsələsində analaşa bilmək üçün iki dəfə görüşüblər. Birinci dəfə Tehranda üçlü sammit keçirilib, ikinci dəfə isə liderlər Soçidə bir araya gəliblər. Lakin bu görüşlərdən heç də uğurlu nəticə əldə olunmayıb və Türkiyənin Suriyanın şimalında hərbi əməliyyata başlaması hələ də gündəmdədir.

Hazırda Suriya cəbhəsində nələr baş verir və Türkiyənin Suriya siyasətində hansı dəyişikliklər diqqəti çəkir? Ən əsası Rusiyanın vasitəçiliyi ilə Əsədlə Ərdoğan arasında normallaşma baş verməsi ehtimalı varmı?

Suriya cəbhəsində son baş verənləri PİA.az-ın əməkdaşı Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “Əgər Suriya müxalifəti ilə Əsəd rejimi arasında münasibətlər qurularsa, Türkiyə ilə də Əsəd rejimi arasında əlaqə qurula bilər”.

Əgər Suriya müxalifəti ilə Əsəd rejimi arasında münasibətlər qurularsa, Türkiyə ilə də Əsəd rejimi arasında əlaqələrin qurula biləcəyini vurğulayan politoloq PİA.az-a bildirib ki, bu da əslində bölgədə terrorizmin ortadan qalxmasına imkan verə bilər:

“İndiki halda Türkiyə və Suriya arasında birbaşa siyasi təmaslar qurulmayıb. Düzdür, iki ölkə arasında xüsusi xidmət orqanlarının əməkdaşlığı var və bu əməkdaşlıq davam etdirilir. Amma hələ ki, Ankara ilə Əsəd rejiminə arasında rəsmi səviyyədə əlaqələr qurulmayıb. Putin istəyir ki, Bəşər Əsədlə Ərdoğanı bir aya gətirsin və bununla da Türkiyə-Suriya arasında olan siyasi gərginliyin həll edilməsinə nail olsun. Ən əsası bununla Rusiya Suriyada rahatlıq tapacaq.

Digər tərəfdən Türkiyə artıq Suriyanın şimalında hərbi əməliyyatlar keçirməklə bağlı qərar qəbul edib. Rusiya da bu qərarı dayandırmağa çalışır. Əlbəttə, Rusiya Türkiyəyə birbaşa deyə bilməz ki, Ankara Suriyada hərbi əməliyyat keçirməsin. Çünki bu zaman Türkiyə Rusiyanın qarşında həmin ərazilərdən terrorçularını təmizlənməsi tələbini qoya bilər. Burada ən ideal variant kimi Rusiya Əsəd rejimi ilə Türkiyə arasında əlaqələri qurub, bununla da hərbi əməliyyatları dayandırmağa çalışır.

Düşünürəm ki, indiki halda təmaslar Əsəd rejimi ilə Türkiyə arasında əlaqələr qurulmaq səviyyəsində deyil. Çünki gərginliklər var. Hətta bu yaxınlarda Suriya və Türkiyə ən yüksək səviyyədə bir-birinə qarşı ciddi ittihamlar irəli sürdü. Buna görə deyə bilərik ki, Türkiyə və Suriya liderlərinin görüşü indiki halda mümkün deyil. Amma unutmayaq ki, bu siyasətdir. Siyasətdə də nə dost var, nə də düşmən. Siyasətdə maraqların uzlaşması və toqquşması var. Hələ ki, Türkiyə və Suriyanın maraqları toqquşur. Düşünmürəm ki, yaxın zamanda bu maraqları uzlaşdırmaq mümkün olsun.

Samir Hümbətov: “ Suriya müxalifəti müxtəlif dövlətlərin buyruğundadır və Suriyada təkcə Rusiyanın və Türkiyənin maraqlarının təmin olunması ilə problem öz həllini tapmayacaq”.

Eyni zamanda Suriya və Türkiyə ərazisində 3 milyondan artıq qaçqın var və onların geri qaytarılması məsələsi var. Əgər Əsəd rejimi ilə hansısa formada Türkiyə təmas qurarsa, Suriyanın şimalında hərbi əməliyyatlar getməzsə, əslində bu qaçqınların geri qayıtması üçün də şərait yaradar. Bütün bunlara görə Türkiyə Suriya məsələsində hər bir vəziyyəti nəzərdən keçirir.

Hətta, Putin istəsə belə, Suriyadan vəziyyətin düzəlməsi sadəcə olaraq Suriya müxalifəti ilə Əsəd rejimi arasında əlaqələrin qurulmasından sonra mümkün olacaq. Ancaq yenə də məsələ təkcə Əsədin iradəsindən, ya da müxalifətin iradəsindən asılı olmayacaq. Qeyd etdiyim kimi Suriya müxalifəti müxtəlif dövlətlərin buyruğundadır və Suriyada təkcə Rusiyanın və Türkiyənin maraqlarının təmin olunması ilə problem öz həllini tapmayacaq. Buna baxmayaarq, hesab edirəm ki, əgər Suriya müxalifəti ilə Əsəd rejimi arasında münasibətlər qurularsa, Türkiyə ilə də Əsəd rejimi arasında əlaqə qurula bilər. Bu da əslində bölgədə terrorçuların təmizlənməsinə imkan yarada bilər. Hələ bu proses yoxdur. Buna görə də Suriyada hansısa formalaşma prosesindən danışmaq tezdir.

Düşünürəm ki, indiki halda Türkiyənin Suriyanın şimalında hərbi əməliyyatlar keçirməsi realdır və davam edəcək haldadır. Artıq hərbi əməliyyatlara son hazırlıqlar gedir. Əgər, Türkiyə Suriyanda antiterror əməliyyatlarına başlasa, yaxın zamanda Türkiyə ilə Əsəd rejimi arasında münasibətlərin qurulması mümkün olmaz. O zaman Rusiya ilə də münasibətlərdə gərginlik yaşana bilər.

Bir daha qeyd edim ki, Ərdoğan və Əsədin bir araya gəlməsi indi real deyil. Ola bilsin ki, bir müddət sonra bu reallaşa bilər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar