Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan hərbiçilərinin hərbi cinayətkar Vitali Balasanyanla görüşməsi nə qədər doğrudur? - Şərh

Hərbi cinayətkar Vitali Balasanyanın Laçına gəlməsi və burda Azərbaycan nümayəndəsi ilə görüşməsi haqda məlumat yayılıb...

Politoloq: “Əgər Vitali Balasanyan Laçına gəlibsə, onu Azərbaycana təhvil vermək sülhməramlıların borcdur”.

Azərbaycan rəsmilərinin Qarabağ separatçılarının hərbi cinayətkarları ilə görüşəcəyi barədə hər hansı rəsmi məlumat yoxdur. Bizim üçün önəmli olan Azərbaycan tərəfinin bununla bağlı rəsmi açıqlama verməsidir”.

Bu sözləri politoloq Samir Hümbətov Vitali Balasanyanla Azərbaycan rəsmilərinin görüşəcəyi xəbərlərini PİA.az-a şərh edərkən qeyd edib.

Qarabağ separatçıları hərbi cinayətkar Vitali Balasanyanın Laçına gəlməsi və burda Rusiya sülhməramlıları ilə birlikdə Azərbaycan nümayəndəsi ilə görüşməsi haqda məlumat yayıb. Bilirik ki, Vitali Balasanyan I Qarabağ savaşında ağır hərbi cinayətlər törətmiş bir şəxsdir və Azərbaycan onun haqqında cinayət işi açaraq beynəlxalq axtarışa verib.

Xatıqladaq ki, məsələ ilə bağlı Azərbaycan tərəfinin rəsmi mövqeyi yoxdur.

Mövzunu PİA.az-ın əməkdaşı Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “Bu məlumat Azərbaycan hakimiyyəti ilə xalq arasında bir problemin yaranmasına və qarşıdurmanın formalaşmasına hesablanmış addım kimi də qiymətləndirilə bilər”.

Ermənistan tərəfinin daimi dezinformasiyalar yaymaqla Azərbaycana qarşı bir informasiya müharibəsi apardığını xatırladan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, belə olan halda isə Ermənistan sosial şəbəkələrinin, yaxud da mediasının verdiyi bu cür açıqlamaları həm də informasiya müharibəsinin tərkib hissəsi kimi də qəbul etməliyik:

“Öncə onu qeyd edim ki, Azərbaycan rəsmilərinin Qarabağ separatçılarının hərbi cinayətkarları ilə görüşəcəyi barədə hər hansı rəsmi məlumat yoxdur. Bizim üçün önəmli olan Azərbaycan tərəfinin bununla bağlı rəsmi açıqlama verməsidir. Çünki Ermənistan tərəfi daimi dezinformasiyalar yaymaqla Azərbaycana qarşı bir informasiya müharibəsi aparırlar. Belə olan halda isə Ermənistan sosial şəbəkələrinin, yaxud da mediasının verdiyi bu cür açıqlamaları həm də informasiya müharibəsinin tərkib hissəsi kimi də qəbul edə bilərik.

Eyni zamanda bu məlumat Azərbaycan hakimiyyəti ilə xalq arasında bir problemin yaranmasına və qarşıdurmanın formalaşmasına hesablanmış addım kimi də qiymətləndirilə bilər.

Digər tərəfdən əgər həqiqətən də separatçılarla Azərbaycan rəsmiləri görüblərsə, görüşdən sonra Azərbaycan tərəfi hərbi cinayətkarın əlini-qolunu sallayıb getməsinə imkan verə bilməz. Çünki Balasanyan interpol tərəfindən axtarışa verilib. Belə olan halda da Vitali Balasanyanın Azərbaycanın Laçın rayonuna gəlməsinin özü belə qeyri-qanunidir. Bu məsələyə görə də rus sülhməramlıları ciddi məsuliyyət daşıyırlar. Əgər Vitali Balasanyan Laçına gəlibsə, onu Azərbaycana təhvil vermək sülhməramlıların borcdur.

Mən düşünmürəm ki, Vitali Balasanyan Laçın ərazisi gəlib və Azərbaycan hərbçiləri onun bu gəlişini səssizcə izləyiblər. Əgər belə hal olubsa, bir daha qeyd edim ki, birinci burada sülhməramlılar günahkardır. İkinci günhakar tərəf isə Ermənistandır. Çünki Vitali Balasanyan kimi qaniçənin Laçına gəlməsi danışıqlar prosesinə ciddi zərbə kimi də qiymətləndirilə bilər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar