Bazar ertəsi, 06 Dekabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Həmin çantanın içində nə vardı? - "Putin heç kimi yaxına buraxmır deyə, mən apardım"

Ötən həftə Rusiya prezidenti Vladimir Putin İsrailin baş naziri Naftali Benneti Soçidəki iqamətgahında qəbul edib. Bu danışıqlar beş saata yaxın çəkib və təbii ki, orada nələrin müzakirə olunduğu açıqlanmayıb. Tərəflər ümumi ifadələrlə kifayətləniblər. Amma İranın nüvə proqramları və Suriya ilə bağlı müzakirələrin aparıldığı şübhə doğurmur.

virtualaz.org xəbər verir ki, görüşdə İsrail baş nazirini tikinti naziri Zeev Elkin müşaiyət edirdi. Nazirin görüş zamanı əlində tutduğu iri çanta KİV-lərin və sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb edib, həmin çantanın içində nə ola biləcəyinə dair müxtəlif versiyalar səslənib.

Zeev Elkin özü bu barədə İsrail KİV-lərinə danışıb və deyib ki, çantada “havadan çəkilmiş, hərbi xarakterli fotolar” və Putin üçün suvenir yer alırdı:

-Paketdə Rusiya prezidenti üçün suvenir və hərbi xarakterli fotolar yer alırdı, hansı ki, təhlükəsizlik məsələlərinin müzakirəsi üçün bu fotolar zəruri idi. Fotolar İsrail üçün vacib olan məsələlərin müzakirəsinə kömək etdi, onların bir hissəsi Rusiya prezidentində qaldı.

Nazir məhz hansı fotolardan söhbət getdiyini dəqiqləşdirməyib, amma ekspertlər ehtimal edirlər ki, fotolarda Suriya ərazisindəki İran hərbi obyektləri əks olunmuşdu.

Zeev Elkin İsrail nümayəndə heyətini tərcüməçi qismində müşaiyət edib. O bildirir ki, Putinlə Bennet arasında baş tutan bu ilk görüşdə onların arasında yaxşı münasibətlər formalaşdı, hətta Putin İsrail baş nazirini evinə dəvət etdi.

-Demək lazımdır ki, Putin bizə öz iqamətgahını göstərdi, sonra Benneti özünün şəxsi evinə dəvət etdi, bu da kifayət qədər gözlənilməz jest idi,-nazir bildirib.

İsrail naziri deyib ki, koronavirusa görə Putin demək olar heç kimi yaxınına buraxmır, ona görə də Naftali Bennetin köməkçilərindən heç biri bu görüşdə iştirak etmirdi. Nəticədə içərisində fotolar və suvenir olan çantanı o aparlamlı olmuşdu.

Zeev Elkin danışıqların “praktiki nəticələrinin” olduğunu vurğulayıb, bildirib ki, bu nəticələr açıqlanmayacaq.

-Lakin şübhəsiz ki, nəticələr var. Həm İranın nüvə proqramlarına dair, həm Suriyadakı situasiyaya dair praktiki razılaşmalar əldə edilib. Məhz buna görə də görüş kifayət qədər uzun çəkdi. Əvvəlcə planlaşdırılmışdı ki, görüş iki saat olacaq, amma beş saat çəkdi. Çox ətraflı və əhatəli müzakirələr aparıldı.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Gələn il maaş, pensiya və təqaüdlərin nə qədər artacağı məlum olub

Deputat Ülvi Quliyev “SSRİ gözəli” müsabiqəsinə nə qədər pul xərcləyib? - Fotofakt

Azərbaycanda 11 yaşlı oğlan 14 yaşlı qardaşını güllələyərək öldürdü

Hökumətin subsidiya qərarı: Dizel yanacağı yenə bahalaşır?

Elman Rüstəmovun kürəkəni milyonları Avropaya belə daşıyır – Foto

Yeni nazir müavini təyinatından danışdı - Foto

Bakıda “AA” seriyalı maşının sürücüsü qazinin yolunu kəsib onu söydü – Video

Rusiyada yaşayan tanınmış azərbaycanlı jurnalist vəfat edib

Baş qərargah rəisini təhqir etdi: "Onda bildim ki, bu adam idiotdur"

Azərbaycanın ən gözəl qızı və ən yaraşıqlı oğlanı seçildi

İşsizlərin nəzərinə! - Bu sənədləri təqdim edin və... - Video

Novella Cəfəroğlu: "Gedib deyirik ki, Tofiq Yaqublunu yaxşı edib döyümüsünüz?!"

Ən çox oxunanalar