Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna uğrunda Rusiya-NATO müharibəsi ola bilər?

Bəzi Qərb siyasətçiləri Kiyevin məğlub olacağı təqdirdə, ABŞ-nin Ukraynaya qoşun yeritməli olacağını istisna etməyib...

Politoloq: “Ukraynada vəziyyət gərginləşib, Rusiya irəliləyib. Ukraynanın məğlub olması Qərbin strateji planlarının pozulması anlamına gələ bilər”.

“Birbaşa Rusiya-NATO müharibəsi olarsa, bu ciddi nüvə təhdidi yarada bilər”.

Bu sözləri politoloq Samir Hümbətov Ukrayna-Rusiya müharibəsinin indiki vəziyyətini Poliqon-a şərh edərkən qeyd edib.

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratların lideri Hakim Ceffris Kiyevin məğlub olacağı təqdirdə, ABŞ-nin Ukraynaya qoşun yeritməli olacağını istisna etməyib. Daha əvvəl isə eyni iddia ilə Fransa prezidenti Emmanuel Makron çıxış edib.

Ukrayna uğrunda Rusiya-NATO müharibəsinə ehtimal vermək olar?

Mövzunu Poliqon-un əməkdaşı “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətovla müzakirə edib.

Samir Hümbətov: “Böyük Rusiya-NATO müharibəsinin olacağını düşünmürəm”.

Rusiya-NATO savaşının Ukraynada açıq müstəviyə keçməsinin sual altında olduğunu bildirən politoloq Poliqon-a açıqlamasında böyük NATO ölkələrinin oraya ordu yeritməsini də düşünmədiyini vurğulayıb:

“Ukraynada vəziyyət gərginləşib, Rusiya irəliləyib. Ukraynanın məğlub olması Qərbin strateji planlarının pozulması anlamına gələ bilər. Fransa Ukraynaya min nəfərlik ordu göndərmədi haqıında təsdiqlənmımiş məlumatlar dolaşır. Ancaq bu doğru olsa belə, bu müharibə üçün o qədər də böyük qüvvə deyil. Yəni min nəfərlik fransız hərbi birliyi Ukraynada müharibənin taleyini həll edə bilməz. Müharibınin gedişatına c7dfi təsir etmək üçün NATO Ukraynaya 50-100 mon arasında bir ordu yeritməlidir.

Bu kinteksfə mən hesab edirəm ki, ABŞ da Ukraynaya 30-40 minlik qoşun göndərən deyil. Ən yaxşı halda ABŞ Ukraynaya 2-3 minlik qoşun göndərə bilər. Bu da müharibənin gedişatına təsir etməz. Ona görə də düşünürəm ki, müharibəni Ukrayna ordusu aparmalı, NATO müttəfiqləri isə bu ordunu təchiz etməlidir.

Ona görə da, böyük Rusiya-NATO müharibəsinin olmasını düşünmürəm. Yəni hər şey hələ bu nizamla bir iki il davam edəcək. Çünki Qərbin əsas məqsədi Rusiyanı tükəndirməkdir. Ola bilsin ki, Rusiya-NATO arasında Ukrayna üzərindən gərginlik daha da yüksələ bilər. Onsuz da digər bölgələrdə bu savaş gedir. Bunu biz Suriyada, Liviyada hətta Afrikanın digər ölkələrində görürük. Sadəcə olaraq Rusiya-NATO savaşının Ukraynada açıq müstəviyə keçməsi sual altındadır. Böyük NATO qoşununun oraya yeridilməsini düşünmürəm.

Ola bilsin ki, lokal NATO birliklərini Ukraynaya gətirməklə Kiyevin silah təchizatını sürətləndirə bilərlər.

Ancaq birbaşa Rusiya-NATO müharibəsi olarsa, bu ciddi nüvə təhdidi yarada bilər. Buna görə də inanmıram ki, riskə gedib belə qərar qəbul edə bilərlər”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır

Əməkdar artist vəfat edən xanımından danışdı

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir

Ən çox oxunanalar