Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Keçmiş məmurun qızı  bu dəfə dələduzluqda ittiham olundu

“Biz Aysel Şükürlə “Giveaway” yarışı etmək istəmişik. Uduşda telefon və pul qoyacaqdı. Oyunda iştirak etmək istəyən hansı sponsor pul veribsə, avtomatik həmin məbləği Aysel xanımın hesabına köçürmüşük. Bunu sübuta yetirəcək qəbzlər var. Toplam Aysel Şükürə 11 min manat ödənilib”.

Bu sözləri təşkilatçı Gülər Cavadlı deyib. O, məşhur bloqqer Aysel Şükürovla əməkdaşlıq etmək istədiyini, lakin böyük bir problem yarandığını bildirib.

G.Cavadlı iddia edir ki, ki, Ayselə göndərdiyi 11 min manatı geri ala bilmir: “Yarışı mayın 28-nə keçirməyi qərarlaşdırdıq. Sponsor siyahımız tamamlanmadı. Biz ondan möhlət istədik ki, vaxtı uzadaq. Ayın 1-ni üçün razılaşdıq, amma ondan sonra qeybə çəkildi. Hazırda yarışa qoşulmaq istəyən 89 sponsor var. Onlar da oyunun keçirilməsini istəmir, pullarını tələb edirlər. Mənə deyir ki, 11 min manat ödəməmisən. Qəbzləri ona bir-bir atmışam. Kartımı da atmışam ki, ödənişi geri qaytarın. Sponsorlar da tələb edir ki, polisə şikayətçi olaq”. (Qafqazinfo)

Aysel Şükür isə instaqram səhifəsində ittihamlara cavab verib. O, təşkilatçı ilə mesajlarının sürətini, səsyazısını instaqram səhifəsində paylaşaraq həmin şəxslərin dələduz olduğunu iddia edib:

“Bir xanım mənimlə əlaqə saxladı ki, səhifənizdə yarış keçirmək istəyirəm. Razılaşmadım, çünki tanımadığım insanlarla əməkdaşlıq etmirəm. Daha sonra yalvardı ki, ehtiyacım var. Mənə söylədi ki, borclarım var, pis vəziyyətdəyəm. Razı oldum! Söylədi ki, mayın 28-də yarışa başlayacağıq, o vaxta kimi sponsorları yığacam. Mən də qabaqcadan xəbərdarlıq etdim ki, 28-i mütləq başlamalıyıq, yoxsa problem yaranacaq. Çünki yarışın bir gün belə gecikməsini istəmirəm. Mayın 27-də həmin xanıma yazdım ki, sabah başlayırıq? Mənə cavab yazmadı, telefonu götürmədi. Dedim ki, məni ələ salmısız? Hədiyyələr alınmalıdır, foto çəkilməli, post hazırlanmalıdır. Yenə telefon zənglərimə cavab vermədi.

Yazdıqca mənə xəstə övladının fotolarını atır ki, bu yarışa ehtiyacım var. Başa düşmüşəm, şəfalar diləmişəm, cavab yazmışam ki, belə şeylər mənə atmayın, pis oluram. Sonra bir-iki gün möhlət istədi, iyunun 1-nə kimi uzatdıq. Mənə dedi ki, qoyulan vaxtdan ötüşməyəcək, yarış keçiriləcək. Sən demə, bunlar iki nəfər imiş. Biri ilə əvvəlcədən əməkdaşlıq etmişəm. Başıma bu cür oyun açmışdılar, əlaqəmi kəsmişdim. Utanmadan bu xanımla şərik olub, onu bu dəfə qabağa verib. Gecə saat 1-də evə qəlib qapımı döyüb məni narahat ediblər. Dələduzdular, heç bir bloqqer onlarla çalışmasın. Kim o dələduzlara pul veribsə, tələb etsin! Hər bir sponsora ayrı qiymət deyiblər. Biabırçılığın dərəcəsinə baxın”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar