Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanin sabiq müdafiə naziri ermənilərlə kef məclisində - Tarixi fotolar

Qarabağ onun köməyi ilə işğal olunmuşdu...

1980-cı illərin sonunda ermənilərə bir çox havadarları tərəfindən göstərilən dəstək yekunda Qarabağın işğalı ilə nəticələndi.

Heç kimə sirr deyil ki, hələ SSRİ dövründə özünə yüksəkçinli məmurlar arasında havadarlar tapmış ermənilər, onların köməyindən müstəqillik zamanı da istifadə ediblər.

Bu baxımdan Rusiyanin sabiq müdafiə naziri Pavel Qraçev də Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərə və erməni işğalına “yaşıl işıq” yandıranlardan biri kimi “tarixə düşüb”.

Bu faktı təsdiq edən daha bir sübut sosial şəbəkələrdə yayılıb.

Fotoda Rusiyanın o zamankı müdafiə naziri Pavel Qraçev və erməni həmkarı, Qarabağın işğalına rəhbərlik etmiş Vazqen Sarkisyan spirtli içki qəbul edərək hovuzda əylənirlər.

Məhz bu yaxınlıq da Qarabağın işğalını şərtləndirən amillərdən biri kimi yadda qalır.

Belə ki, Pavel Qraçev Rusiya Federasiyası Müdafiə Məsələləri üzrə Dövlət Komitəsinin sədri olaraq 366-cı motoatıcı alayın şəxsi heyətinin erməniləşdirilməsi təklifini irəli sürüb. Bu isə heç də təsadüf sayıla bilməz, çünki Qraçevin anası da milliyətcə erməni olub. Hətta V.Sarkisyanın öz aralarında onu “Qraçyan” adlandırdığı və rusiyalı generalın da bundan böyük zövq aldığı bildirilir. Qraçev həmçinin Azərbaycan ərazilərinin işğalı, eləcə də XocalıQaradağlı soyqırımılarında əli olanlardan biridir.

Onun vəzifəyə təyin olunduğu 1992-ci ilin mayı isə ermənilər üçün Şuşanın işğalına yol açdı.

Tarix Qraçev və onun kimi bir sıra cinayətkarların haqq-hesab gününü qiyamətə saxlasa da, fotodakı digər şəxs, Ermənistanın Milli Qəhrəmanı, Müdafiə naziri, keçmiş baş nazir, general Vazqen Sarkisyanı törətdiklərinə görə elə bu dünyada cəzalandırıb. “Ermənistan ordusunun qurucusu” və Qarabağın işğalı planının müəlliflərindən olan Sarkisyan 1999-cu ildə Ermənistan parlamentinə hücum zamanı elə öz “qədirbilən” həmvətənləri tərəfindən güllələnib. (oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar