Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bir müddət Lukaşenkonun müxalifətlə baş ağrısı olacaq” - Poitoloq

Belarusda Ukrayna inqilabının təkrarlanması mümkündür?

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri: “Qərb ölkələrinin bəzilərinin A.Lukaşenkonun qələbəsini tanımasa da, bu həlledici olmayacaq”.

“Siyasətçi olmayan və Qərb tərəfindən heç də ciddi dəstəklənməyən S.Tixanoviskayanın hakimiyyəti ələ almaq şansı yoxdur”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə dünən Belarusda keçirilən prezident seçkilərinin ilkin nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Belarusda prezident seçkilərindən sonra gərginlik yaranıb.

Prezident Aleksandr Lukaşenkonun “ekzit-pol”da 79,7% səs toplaması etirazlara səbəb olub. Minsk və bölgə şəhərlərində xalq etirazları başlayıb.

Minskin mərkəzində ötən gecədən etirazçılar və OMON-çular arasında toqquşmalar qeydə alınıb. Minskin Nemiqa stansiyasından Xlusotv körpüsünə gedən yol insanlarla doludur. Etirazçılar “Milis xalqladır”, “Yaşa, Belarus”, “Dəbilqələri atın” və s. şüarlarla səsləndirir. Onların Prezident administrasiyasına hərəkətinin qarşısını xüsusi polis dəstələri kəsib.

Son məlumatlarta görə, aksiyalarda azı 120 nəfər saxlanılıb. Onlar sayının daha çox olduğu əlavə olunur. Polis və OMON-çular əraziyə xüsusi texnika cəlb edib.

Müxalifətin əsas namizədi Svetlana Tixanovskaya isə tərəfdarlarını polisin onları həbs etməsinə bəhanə verməyəyə və aksiyanı dinc keçirməyə çağırış edib.

Belarusda hazırda yaranmış vəziyyəti şərh etmək üçün PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadəyə müraciət edib.

Məhəmməd Əsədullazadə: “Bu seçkilərdən sonra Belarusda yeni siyasi mərhələ başlayır və Lukaşenko üçün çox çətin bir dönəm olacaq”.

Bundan sonra, siyasiləşmiş Belarus cəmiyyətinin Lukaşenko üçün bir baş ağrısı olacağını düşünən politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, Lukoşenkonun əvvəlki kimi sərt siyasət aparmasına imkan verməyəcək:

“Belarusda keçirilən seçkilərin ilkin nəticələri hazırkı prezident A.Lukaşenkonun qalib elan edilməsi ilə nəticələndi. Müxalif namizəd Svetlana Tixanoviskaya nəticələrlə razılaşmadığını elan edir. Siyasətçi olmayan və Qərb tərəfindən heç də ciddi dəstəklənməyən S.Tixanoviskayanın hakimiyyəti ələ almaq şansı yoxdur.

Qərb ölkələrinin bəzilərinin A.Lukaşenkonun qələbəsini tanımasa da, bu həlledici olmayacaq. Amma bundan sonra, siyasiləşmiş Belarus cəmiyyəti Lukaşenko üçün bir baş ağrısı olacaq və onun əvvəlki kimi sərt siyasət aparmasına imkan verməyəcək.

Qeyd edim ki, bu seçkilərdən sonra Belarusda yeni siyasi mərhələ başlayır və bu prezident üçün çox çətin bir dönəm olacaq. Daxildə siyasi situasiyanın gərgin olacağı qaçılmazdır. Yəqin ki, bir müddət Lukaşenkonun daxili müxalifətlə baş ağrısı olacaq.

A.Lukaşenko hakimiyyətdə qala bilərsə, xarici siyasətdə Rusiya ilə əlaqələrində soyuqluq, əvəzinə Qərblə əlaqərin yumuşalmasına çalışacaq. ABŞ-da Lukaşenkonun Rusiya siyasətinə diqqət edəcək.

Məhəmməd Əsədullazadə: “Belarusda siyasi vəziyyətin mürəkkəbləşməsi qaçılmazdı və bu uzaq perspektivdə gözlənilmir”.

Əgər, Minsk Moskva ilə məsafəli davranacaqsa, Vaşinqton A.Lukaşenkoya dəstək verəcək. Belarusda siyasi vəziyyətin mürəkkəbləşməsi qaçılmazdı və bu uzaq perspektivdə gözlənilmir.

Qeyd edim ki, Ukraynada baş verən Maydan hadisələri ilə Belarusda baş verənlər arasında ciddi fərqlər var. Kiyev müxalifətinə Qərb ciddi dəstək verirdi və bu hakimiyyətin devrilməsində müxalifətin yanında oldu. Amma Belarusda Qərb buna getmədi. Çünki Lukaşenko güclü sitemə və siyasi iradəyə malik olan bitr siyasətçidir. Digər tərəfdən Belarusda inqilab olarsa, Rusiyanin müdaxiləsi qaçılmaz ola bilər. Qərb Avropada Donbasdan sonra ikinci münaqişə ocağına maraqlı deyil. Ona görə də Belarus müxalifətinə inqilab üçün Qərbin siyasi-maliyyə dəstəyi yoxdur”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Android 15 yeniləməsi ilk olaraq hansı telefonlara gələcək?

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü

Ən çox oxunanalar