Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO liderləri Ukrayna üçün toplandı, Şərq sərhədlərinə əlavə qoşun göndərdi - Foto

Belçikanın paytaxtı Brüssel şəhərində NATO-ya üzv olan ölkələrin dövlət və hökumət başçılarının fövqəladə iclası başlayıb.

Qaynarinfo xəbər verir ki, sammit Alyansın mənzil-qərargahında keçirilir.

Toplantıda ABŞ Prezidenti Cozef Bayden, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa Prezidenti Emmanuel Makron, NATO-nun Baş katibi Yens Stoltenberq və digər liderlər iştirak edirlər.

Liderlər iclasdan əvvəl ailə fotosu çəkdiriblər. Sammit Rusiya-Ukrayna müharibəsinə həsr olunub.

Bu arada Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda NATO rəhbərliyi Alyansın Şərq sərhədlərini gücləndirmək barədə qərar qəbul edib. Məlumata görə, NATO Estoniya, Litva, Latviya, Polşa, Slovakiya, Macarıstan, Ruminiya və Bolqarıstana əlavə canlı qüvvə və texnika, o cümlədən qırıcı təyyarələr göndərib.

Rusiyanın Ukraynaya hücumu ilə əlaqədər təhlükəsizliyimiz üçün yeni reallıqlar yaranıb. NATO buna uyğun olaraq Alyansın Şərq hissəsində müdafiə mövqelərini gücləndirib. Oraya daha çox qoşun, təyyarə və gəmi cəlb olunub”, – NATO-dan bildirilib.

NATO-nun Baş katibi Yens Stoltenberq Alyansa üzv olan ölkələrin dövlət və hökumət başçılarının hazırda Brüsseldə davam edən fövqəladə iclasının açılış nitqində deyib ki, həmin qüvvələr lazım olan vaxtadək orada qalacaqlar.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

Ən çox oxunanalar