Bazar ertəsi, 04 İyul 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Müharibə əlillərinə ayrılan 50 milyon niyə yoxa çıxıb? - Prezidentin fərmanı ilə vəsait ayrılıb, ancaq...

“2019-2021-ci illərdə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin müvafiq qətnamələri ilə 1-ci Qarabağ müharibəsində aldıqları yaralanmalar, travmalar və xəsarətlər nəticəsində əlil olmuş bir qrup müharibə əlillərinə təyin olunmuş müxtəlif əlillik dərəcələrinə görə sığorta ödənişinin verilməsi vəzifəsi Dövlət Sığorta Kommersiya Şirkətinə həvalə edilib. Qətnamələr qanuni qüvvəsini almış olsalar da uzun müddət cavabdeh tərəfindən icra edilməyib”.

“AzPolitika.info” xəbər verir ki, bunu bir qrup 1-ci Qarabağ müharibəsi əlillinin nümayəndəsi Azər Qasımov Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciətində bildirib.

Onun sözlərinə görə, cavabdeh bu məqsədlər üçün pul ayrılmadığını əsas gətirərək qətnamələrin icrasından imtina edib: “Qətnamələr qanuni qüvvəsini almış olsalar da uzun müddət cavabdeh tərəfindən icra olunmayıb. Belə ki, cavabdeh bu məqsədlər üçün pul vəsaitinin ayrılmamasını əsas gətirərək adıçəkilən qətnamələrin icrasından imtina edir. Bu problem dəfələrlə ölkə mətbuatında işıqlandırılıb, hətta millət vəkili Qənirə Paşayeva tərəfindən Milli Məclisdə də qaldırılıb".

A.Qasımov xatırladır ki, Prezidentin 23.12.2021-ci il tarixli fərmanı ilə barəsində qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçuların və daxili işlər orqanlarının əməkdaşları arasında nəzərdə tutulmuş kateqoriyadan olan şəxslərə birdəfəlik ödənişlərin verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) tapşırılıb: "Həmin Fərmanla bu ödənişlərin icrası üçün 2021-ci ilin büdcəsindən ilkin olaraq 50 milyon manat ayrılıb. Fərmanın 8-ci bəndi ilə Ədliyyə Nazirliyinə 1 ay müddətində sığorta ödənişlərinin verilməsinə dair barəsində qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçuların və daxili işlər orqanlarının əməkdaşlarının siyahısının ƏƏSMN təqdim edilməsi tapşırılıb. Bildiyimə görə adıçəkilən siyahı ƏƏSMN-nin tabeliyində olan DSMF-na göstərilən müddət ərzində təqdim edilib. Lakin siyahıların hazır olmasına və lazımı maliyyə vəsaitinin ayrılmasına baxmayaraq əllərində məhkəmə qətmaəsi olan vətəndaşlara indiyədək heç bir ödəniş edilməyib.

Əvəzində isə DSMF-nin sədri Himalay Məmişov, nazir müavini Anar Kərimov cənabları 2022-ci ilin ilk aylarından başlayaraq növbə ilə ayda bir dəfə mətbuatda çıxış edərək məhkəmə qətnamələrinin yaxın vaxtlarda icra olunacağını və sığorta ödənişlərinin veriləcəyini bəyan edirlər. İndi təxminən 1100 nəfər qətnamə sahibi səbirsizliklə qətnamələrinin icra olunmasını gözləyirlər.

Belə olan halda sual yaranır ki, görəsən dövlət başçısının fərmanına əsasən məhkəmə qətnamələrinin icrası üçün hələ keçən ildən ayrılmış (2021-ci ilin büdcəsindən) ayrılmış 50 milyon manat hansı məmurlar tərəfindən hansı bankda dövriyyəyə buraxılıb?

Hörmətli cənab Prezident!

Hörmətli Mehriban xanım!

Azərbaycan Respublikası adından çıxarılmış və qanuni qüvvəsini almış məhkəmə qətnamələrinin icrasını yubadan və bununla da minlərlə müharibə əlillərini, onların ailə üzvlərini hökumətdən narazı salan, faktiki olaraq “5-ci kolon”un dəyirmanına su tökən ƏƏSMN-nin vəzifəli şəxslərinin araşdırılaraq məsuliyyətə cəlb olunması və qətnamələrin icrasının təmin edilməsinə göstəriş verməyinizi xahiş edirəm. Çünki ölkə Prezidentinin imzaladığı fərmanı vaxtında icra etməyən və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan məmurları başqa cür adlandırmaq olmaz”.

Xatırladaq ki, birdəfəlik ödəmələrin məbləği aşağıdakı kimidir:

1.1. I dərəcə əlilliyə görə – 8 800 manat;

1.2. II dərəcə əlilliyə görə – 6 600 manat;

1.3. III dərəcə əlilliyə görə – 4 400 manat.

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Səfər Mehdiyev: “Ehtiram da, digər həbs olunanlar da orda qalmayacaq” - Son iclasın gizlinləri...

Özbəkistan parlamenti Qaraqalpaqda fövqəladə vəziyyətin tətbiqi haqqında fərmanı təsdiqləyib

Zorakılıqla üzləşən qadın uşaqları ilə birgə SXA-nın müəssisəsinə yerləşdirilib - Yenilənib

Şoyqu Ukraynanın Luqansk vilayəti üzərində tam nəzarətin əldə olunduğunu elan edib

Xəzərdə qağayıların ölümünün səbəbi nədir?

Rusiyalı tanınmış futbolçu karyerasını bitirir

"Füzulidə müasir məktəb tikən ilk dövlətlərdən biri olmağı planlaşdırırıq"

Avropa çempionatı: Azərbaycanın basketbol millisi 3-cü yer uğrunda oyuna çıxacaq

İran ölkənin qərbinə ağır texnikalar yığır

Fərid Şəfiyev: “İndi Şuşada türkün səsi eşidilir”

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay