Bazar ertəsi, 27 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Binəqədi Məhkəməsi vətəndaşı bu hala salan cinayətkarı cəzalandırmaq istəmir - Foto

Gəncə sakini Ənnağıyev Ruhin Faiq oğlu Gununsesi.info-ya şikayət ərizəsi ilə müraciət edib.

Saytımıza yolladığı müraciətində vətəndaş Binəqədi Polis İdarəsi və Məhkəməsi tərəfindən qanunsuzluqla üzləşdiyini yazıb.

Onun redaksiyamıza ünvanlandığı müraciəti olduğu kimi təqdim edirik:

Bildirmək istəyirəm ki, 19.10.2020-ci il tarixdə Bakı şəhərində yaşayan Zeynalov Əli  mənə  zəng edib, Azadlıq metrosunun yaxınlığına dəvət edərək, heç bir əsas və səbəb olmadan qəfildən məni soyuq silah olan beşbarmaqla baş-beyin, üz, göz nahiyəmə ağır xəsarətlər yetirmişdir. Məni huşsuz vəziyyətə salandan sonra, yerdə əlavə olaraq on üç dəfə zərbə endirərək (soyuq silah olan –beşbarmaqla) ölmüş bilmiş və hadisə yerindən qaçmışdır.Mən huşsuz və ağır vəziyyətdə Binəqədi 5-ci Polis bölməsinin əməkdaşları tərəfindən təcili tibbi yardım nəqliyyatı vasitəsi ilə, 3 saylı  “Sabunçu”  xəstəxanasına aparıldım.11 gün xəstəxanada müalicə götürdüm. Baş-beyin ağır travması,baş,təpə nahiyəsində, dodaqlarımda və damaqlarımda  cırılmış yaralar, 3 hissədən sınmış və yerini dəyişmiş almacıq sümüyü diaqnozu ilə xəstəxanaya ağır vəziyyətdə daxil olmuşam. Üzümdə almacıq sümüyünün əməliyyatı edilmişdir. Hal-hazırda vəziyyətim yaxşı deyil,yenidən təkrar əməliyyata ehtiyac var.

Qeyd etmək istəyirəm ki, birinci zərbədən sonra mən-Ənnağıyev Ruhin hərəkətsiz vəziyyətdə qalmağıma baxmayaraq, Əli Zeynalov mənə çox amansız işgəncələr vermişdir.Hesab edirəm ki, Zeynalov Əli orada videogörüntü olmadığını zənn edərək,mənə qarşı belə amansız hərəkətlər etmiş, demək olar ki,məni qətlə yetirmək istəmişdir.

Belə bir hadisənin baş verdiyi halda,Binəqədi RPİ şöbəsinin baş müstəntiqi,polis mayoru Məmmədov Nahid səhlənkarlığa yol verərək,cinayət işini qəsdən gecikdirmiş, Cinayət Məcəlləsinin 127.2.3 maddəsi ilə cinayət işi açılmışdır.Lakin şəxs bu vaxtadək azad,sərbəst gəzmişdir.

Həmçinin, Binəqədi Rayon Məhkəməsinin hakimi Abbas Rzayev ədalətsiz qərar vermiş, CM-127.2.3 maddədən yüngül maddəyə tövsif edilməsini bildirmişdir.Həmçinin qeyd etmək istəyirəm ki, hakim Abbas Rzayev etik davranış kodeksini pozaraq,mənə qarşı məhkəmə zalında təhqiredici ifadələr işlətdi. .Düşünürəm ki,hakim Abbas Rzayev tərəfindən hadisənin materiallarındakı videogörüntü dəqiqliklə izlənilməyibdir.Xahiş edirəm,Cinayət Məcəlləsinin 127.2.3 maddəsi dəyişdirilmədən saxlanılsın.Xahiş edirik,hakim Abbas Rzayevə etiraz əlaməti olaraq,hakim dəyişdirilsin.Bu işə 11.08.2021-ci il tarixində keçiriləcək məhkəmədə ədalətli hakim tərəfindən baxılmasını Sizdən xahiş edirik.Bir daha qeyd edirəm ki,mənə etdiyi işgəncələrə görə Zeynalov Əli Taqət oğlundan şikayətçiyəm.

Sizdən, işin ədalətli aparılmasını və düzgün hüquqi qiymət verilməsini,o cümlədən Əli Zeynalovun barəsində həbs qətimkan tədbiri seçilməklə,tezliklə ədalət mühakiməsi qarşısında cavab verməsini xahiş edirəm. (gununsesi.info)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Rusiya MN-nin Dağlıq Qarabağla bağlı yeni xəritəsi nədən xəbər verir?

İlham Əliyev: “İran Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizliyə son qoymalıdır”

Putin Rusiyanın əsas düşmənlərini açıqlayıb

Erməni xalqı yasda: Paşinyanın oğlu festivalda çaxır içir - Foto

Tanınmış professor 55 yaşında dünyasını dəyişib

"Bizim belimizi bu əməliyyat qırdı..." - Ermənilərdən yeni etiraflar

İran bu tarixdə Azərbaycanla quru sərhədlərini açır

Hulusi Akar Rusiyanın razılaşmanı pozduğunu bəyan etdi: Hmeymim aviabazasına strateji bombardmançılar endi

İlham Əliyev və Mehriban Əliyevanın şəkillərini tutduğu şəhidlər kimdir? - Foto

Xüsüsi Təyinatlı Qüvvələrin komandanı Hikmət Mirzəyev veteranlarla görüşüb - Foto, Video

Ən çox oxunanalar