Cümə, 24 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda Maldiv mədəniyyət günlərinin təşkil edilməsi ilə bağlı müzakirələr aparılıb

Mayın 13-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə “Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin rəsmi açılış mərasimi çərçiv.əsində ölkəmizdə səfərdə olan Maldiv Respublikasının dhivehi dili, mədəniyyət və irs naziri Adam Nasir İbrahim arasında ikitərəfli görüş keçirilib..

"Report" xəbər verir ki, qonağı salamlayan nazir “Şuşa - İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin rəsmi açılış mərasimində iştirakına görə təşəkkürünü bildirib.

Azərbaycanın Şuşa şəhərinin tarixi-mədəni zənginliklərindən söz açan nazir bu qədim şəhərin xalqımıza bəxş etdiyi görkəmli mədəniyyət və ədəbiyyat xadimləri haqqında məlumat verib.

Nazir bu il Azərbaycanın qlobal əhəmiyyətli bir tədbirə – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi diqqətə çatdırılıb. Bildirilib ki, COP29-da iqlim dəyişikliyinin mədəniyyət sahəsinə təsiri, habelə ətraf mühitin qorunmasında mədəniyyətin rolu məsələləri ilə bağlı xüsusi müzakirələr aparılacaq.

Maldiv Respublikasının dhivehi dili, mədəniyyət və irs naziri Adam Nasir İbrahim ölkəmizə səfərindən məmnunluğunu bildirib, “Şuşaİslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin rəsmi açılışının yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırıb.

Qonaq nazir ölkəmizlə mədəni əməkdaşlıqda maraqlı olduqlarını deyib, mədəniyyət günlərinin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hacı Qalib: “İcra başçısı mənə deyir ki, sənin üstündən maşınla keçərəm”

Azərbaycan xaricdən 10 milyard dollar borc almaq istəyir

Əlikram Bayramovun xanım müğənniyə sevgi mesajı qalmaqal oldu

Deputat stadionların qanunsuz satılmasında ittiham olunur: Dövlətin malını dədə malı kimi satır...

Milli Məclis DSMF-nin builki büdcəsinə dəyişiklikləri müzakirəyə çıxarır

Leysan yağacaq, külək əsəcək, çaylardan sel keçəcək - Xəbərdarlıq

Blinken: ABŞ Ermənistanın bir neçə müraciətini araşdırır...

Atasına kömək edən azyaşlı diri-diri yandı - Dəhşətli hadisənin detalları

Dünyanın ən etibarlı avtomobillərinin siyahısı açıqlandı

Gürcüstanın baş naziri: Ölkənin “ukraynalaşması” yolverilməzdir...

Ən çox oxunanalar