Şənbə, 08 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: İran-Türkiyə münasibətlərində geostrateji uyğunduzluq yaranıb...

İraqdan Türkiyəyə uzanan yeni nəqliyyat dəhlizi səbəbindən Türkiyə ilə İranın münasibətləri korlanıb...

İlyas Hüseynov: “Şübhəsiz ki, İran nəqliyyat dəhlizlərinə, enerji dəhlizlərinə, Fars körfəzi və ölkənin həm şimal, həm də cənub marşrutları ilə əlaqəsinin təmin olunmasına həyatı vacib amil kimi yanaşır”.

İraq Kürdüstanında Türkiyənin müxtəlif layihələr icra etməsi Ankara və Tehran arasında qarşıdakı dövrdə də müəyyən münasibətlərdə soyuqluğu gətirib çıxara bilər”.

Bu sözləri politoloq İlyas Hüseynov Türkiyə-İran münasibətlərində yaranan ziddiyyətləri Poliqon-a şərh edərkən qeyd edib.

Bəzi xəbərlərə görə İraqdan Türkiyəyə uzanan yeni nəqliyyat dəhlizi səbəbindən Türkiyə ilə İranın münasibətləri korlanıb. Hətta İranın dimi lideri Xameneyi İraq Kürdüstanının baş naziri Bərzani ilə görüşündə qarşı tərəfə məsləhət görüb ki, iqtisadi məsələlərdə ancaq Türkiyə ilə əməkdaşlıq etməsinlər. Bilirik ki, İran həmçinin Zəngəzur dəhlizinin də əleyhdarı kimi çıxış edir.

Bəs bu fonda İran-Türkiyə və İran-Azərbaycan münasibətlərinin gələcəyini necə görünür?

Mövzunu Poliqon-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “İraq ərazisindən Türkiyənin çəkmək istədiyi nəqliyyat marşrutu İranın bölgədəki, xüsusilə Böyük Orta Şərq çoğrafiyasındakl maraqlarını ciddi şəkildə təhdid edir”.

Yeni nəqliyyat layihəsinin Ankara-Tehran münasibətlərində gərginliyin yeni mərhələsinə daxil olmasına gətirib çıxara biləcəyini proqnoz edən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, bu baxımdan Azərbaycanın əsas hərbi, strateji müttəfiqi Türkiyə ilə vahid mövqeyinin formalaşması həm də Azərbaycanla İran arasında hansısa ziddiyyətlərə yol aça bilər:

İraqda Türkiyənin geopoltik planlarının icrası və xüsusilə yeni nəqliyyat dəhlizi ilə bağlı İran-Türkiyə münasibətlərində müəyyən ziddiyyətlər yaranıb. Şübhəsiz ki, İran nəqliyyat dəhlizləri, enerji dəhlizləri, Fars körfəzi və plkənin həm şimal, həm də cənub marşrutları ilə əlaqəsinin təmin olunmasına həyatı vacib amil kimi yanaşır.

Bu baxımdan məhz İraq Kürdüstanında Türkiyənin müxtəlif layihələr icra etməsi Ankara və Tehran arasında qarşıdakı dövrdə də müəyyən münasibətlərdə soyuqluğa gətirib çıxara bilər. Açıq demək lazımdır ki, İran-Türkiyə münasibətlərində geostrateji uyğunduzluq yaranıb.

Nəzərə almaq lazımdır ki, bölgədəki 3+3 platforması çərçivəsində ən ideal nəqliyyat bağlantısının formalaşması “Zəngəzur dəhlizi”dir. Ötən 4 il ərzində İran müxtəlif bəhanələr və çıxışlarla “Zəngəzur dəhlizi”nin əleyhinə olduğunu nümayiş etdirib. Bu baxımdan baxmayaraq ki, “Araz dəhlizi”nin çəkilməsi ilə bağlı da müvafiq müsbət yanaşmalar mövcuddur. Eyni zamanda İraq ərazisindən Türkiyənin çəkmək istədiyi yeni nəqliyyat marşrutu İranın bölgədəki, xüsusilə Böyük Orta Şərq çoğrafiyasındakı maraqlarını ciddi şəkildə təhdid edir.

İlyas Hüseynov: “Ötən 4 il ərzində İran müxtəlif bəhanələr və çıxışlarla “Zəngəzur dəhlizi”nin əleyhinə olduğunu nümayiş etdirib”.

Bu həm də münasibətlərdə gərginliyin yeni mərhələsinə daxil olmasına da gətirib çıxara bilər. Bu baxımdan Azərbaycanın əsas hərbi, strateji müttəfiqi Türkiyə ilə vahid mövqeyinin formalaşması həm də bizim üçün İran tərəfindən hər hansısa ziddiyyətlərə yol aça bilər. Çünki artıq Azərbaycanla Türkiyənin münasibətlərində vahid yanaşma, mövqe var.

Amma Azərbaycan bölgədə neytral, balanslı və tərəfdaşlıq münasibətlərinə söykənən əlaqələrin formalaşmasının əsas təşəbbüskarıdır. 3+3 platforması da məhz buna yönəlmişdi ki, böyük çoğrafiyada əməkdaşlıq formalaşsın, ziddiyət üçün heç bir əsas olmasın. Eyni zamanda Azərbaycan nəqliyyat əlaqələri vasitəsilə sülhü, sabitliyi, təhlükəsizliyi möhkəmləndirmək istəyir”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gəncədə ov tüfəngi ilə vurulan Kəlbəcər sakini xəstəxanada ölüb --Yenilənib

Bədəndə bu maddənin çatışmazlığı ömrü qısaldır 

Ukrayna Silahlı Qüvvələri Xersona zərbələr endirib, 19 nəfər ölüb

Putin bildirib ki, Rusiya Federasiyasının ixtisaslı əmək miqrantlarına ehtiyacı var

Azərbaycan BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilib

Zaqatala rayonu ərazisində hava şəraiti kəskin dəyişib - Video

ABŞ NATO-nu qorumaq üçün hər şeyi etməyə hazırdır

Almaniyada Azərbaycanın ev sahibliyi edəcəyi COP29-a hazırlıqla bağlı müvafiq sənədlər imzalanıb

Hakim intihar etməzdən əvvəl məmurların adı keçən məhkəmə işinə baxıb

Ən çox oxunanalar