Şənbə, 08 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Milli QHT Forumunun yeni rəhbəri seçilib - Foto, Yenilənib

Azərbaycan Milli QHT Forumunun X qurultayı keçirilib...

"Report" xəbər verir ki, qurultayda Forumun Nizamnaməsinə köklü dəyişikliklər edilib, “prezident” postu ləğv olunub, əsas səlahiyyətlər İdarə Heyətinə ötürülüb, İdarə Heyəti üzvlərinin səlahiyyət müddəti 4 ildən 5 ilə qaldırılıb.

Həmçinin təşkilatın köhnə tərkibi tam heyətlə buraxılıb, yeni tərkib formalaşıb. Qurultayda son 15 ildə ilk dəfə olaraq rəhbər şəxs dəyişdirilib, 5 nəfərdən ibarət İdarə Heyəti yaradılıb.

İdarə Heyətinin sədri postuna “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin rəhbəri Ramil İskəndərli seçilib.

Qurultayda çıxış edən Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev Qurultay üzvlərinin səsverməsi ilə yeni formalaşmış İdarə Heyətinə fəaliyyətində uğurlar arzulayıb: “Azərbaycan Milli QHT Forumu illərdir arzusunda olduğu islahatlar mərhələsinə qədər qoyur. Estafeti bir nəsil digərinə yüksək ləyaqətlə ötürür. Bu, Azərbaycan vətəndaş cəmiyyətində formalaşmış nümunəvi ictimai dəyərlərdən, yetkin mədəniyyətdən xəbər verir. Forumun Nizamnaməsində aparılan sistem xarakterli dəyişikliklər qurumun müasir dövrün tələblərinə uyğun çevik idarəçilik modelinə keçməsinə işarədir. Qarşıdakı müddətdə bunun müsbət praktik nəticələrini görəcəyimizə ümid edirik. Yeni İdarə Heyətini biz hadisələrin arxasınca gedən deyil, əksinə, müsbət təşəbbüslərin bayraqdarı kimi təsəvvür edirik. Yeni İdarə Heyətindən QHT-lərin ictimai vəkilliyi işində, ictimai maraqların müdafiəsində, o cümlədən cəmiyyətdə kök salmış mənfi streotiplərin təmizlənməsi işində yüksək fəallıq gözləyirik”.

PA rəsmisi bildirib ki, qarşıdakı dövrdə QHT sektorunda islahatlar daha da dərinləşdiriləcək. Bu islahatlar QHT-lərin sağlam, münbit şəraitdə inkişafı, şəffaf, hesabatlı fəaliyyəti üçün meydanı daha da genişləndirəcək.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Rauf Zeyniyə fəaliyyəti dövründə Agentliklə sıx əməkdaşlığa görə təşəkkür edib və onu “Diplom”la təltif edib. A.Əliyeva yeni heyəti də təbrik edib.

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli etimada görə Qurultay üzvlərinə təşəkkür edib, gözləntiləri doğrultmaq üçün fəal iş aparacaqlarını bildirib.

***

Azərbaycan Milli QHT Forumunun qurultayı keçirilir.

APA xəbər verir ki, bu gün Azərbaycan Milli QHT Forumunun X qurultayında nizamnaməyə dəyişikliklər ediləcək və “Azərbaycan Milli QHT Forumunun prezidenti” postu ləğv olunacaq.

Foruma rəhbərliyi yeni formalaşdırılacaq İdarə Heyətinin sədri edəcək. Forumun beş nəfərdən ibarət İdarə Heyəti olacaq.

Poliqon.info

 

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolların qiyməti ilə bağlı önəmli xəbər: Bu tarixdə devalvasiya gözlənilir?

Gəncədə ov tüfəngi ilə vurulan Kəlbəcər sakini xəstəxanada ölüb --Yenilənib

Bədəndə bu maddənin çatışmazlığı ömrü qısaldır 

Anasından gülab istəyən Əsna ölümə tələsib: 11 yaşlı qız mələklərin üzünə güldüyünü deyirmiş

Ukrayna Silahlı Qüvvələri Xersona zərbələr endirib, 19 nəfər ölüb

Putin bildirib ki, Rusiya Federasiyasının ixtisaslı əmək miqrantlarına ehtiyacı var

Azərbaycan BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilib

Zaqatala rayonu ərazisində hava şəraiti kəskin dəyişib - Video

Alimpaşa Məmmədovun məhkəmə istintaqı başa çatıb, ona son sözünü demək üçün vaxt verilib

Ən çox oxunanalar