Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bazarda keyfiyyətsiz dərmanların olmasına kim məsuliyyət daşıyır?

Azərbaycanda dərman qeydiyyatı proseduru çox çətin və mürəkkəbdir”.

Bunu Milli Məclisin bir müddət əvvəl 2021-ci il payız sessiyasının qanunvericilik işləri planının müzakirəsi zamanı Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Deputat bildirib ki, bu gün dünya ölkələrinin aldığı dərmanları biz ala bilmirik: “Pandemiya bu prosedurun çətin olduğunu bir daha göstərdi. Qeyd edək ki, dərmanların qiyməti və keyfiyyəti barədə cəmiyyətdə olan narazılıq heç kimə sirr deyil. Problem barədə ayrı ayrı vaxtlarda hökumətin müxtəlif səviyyəsində müzakirələr aparılmışdı”, deyə deputat fikrini davam etdirib.



Bəs problemin kökü haradadır?

Azərbaycanda dərmanların keyfiyyətinə cavabdeh olan qurum Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzidir. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) - özəl klinikalar, apteklər, topdansatış əczaçılıq müəssisələrinə (farmasevtik şirkətlər) lisenziyanın verilməsinə dair rəy verən orqandır. Bundan əlavə və ən əsası bu qurum dərman vasitələrini dövlət qeydiyyatına alır, onların idxalına icazə verir, eləcə də bioloji fəallığa malik qida əlavələrinin ekspertizasını keçirir. Yəni ölkə bazarında (o cümlədən aptek və xəstəxanalarda) olan dərmanların keyfiyyətinə bu qurum cavabdehdir.

Dərman vasitələrinin Azərbaycana idxal edilməsi və satışı üçün onun dövlət qeydiyyatına alınması tələb olunur. Dövlət qeydiyyatı dərman vasitələrinin sənədlərinin ekspertizası və laborator analizlərinin keçirilməsindən ibarətdir. Bu prosedurun həyata keçirilməsindən sonra 5 illik hüquqi qüvvəsi olan dərman vasitəsinin qeydiyyat vəsiqəsi verilir. Bununla da dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin idxalına və satışına icazə verilir.

Dərman vasitələrinin keyfiyyəti - dərman preparatlarının effektivliyi və təhlükəsizliyi deməkdir. Effektivliyini dövlət qeydiyyatı zamanı, təhlükəsizliyi isə həmin dərman dövriyyəyə buraxıldıqdan sonra AEM-in farmakonəzarət sektoru tərəfindən yoxlanılmalıdır. Açıq mənbələr əsasında apardığımız nəticələr onu göstərir ki, AEM tərəfindən aparılan bu iki mühüm funksiyası ilə bağlı ciddi suallar mövcuddur. Belə ki, time.tv internet resursunda yerləşdirilən sənədlərə əsasən AEM tərəfindən aparılan dərman vasitələrinin ekspertizası zamanı qanunvericiliklə nəzərdə tutulan proseduraya bir çox hallarda riayət olunmur.

Murad Süleymanov 2015-ci ildən AEM-in direktoru vəzifəsində çalışır

Qeyd olunan mənbəyə əsasən 3-cü ölkələrin istehsalçılarına məxsus dərman vasitələrinin qeydiyyatı proseduru bəzi hallarda qısa zaman ərzində laborator analizlər və klinik rəy olmadan həyata keçirilir. Bu isə dərman bazarına keyfiyyətsiz dərmanların idxalına yol açır.

Digər mənbələrə əsasən bu cür hallara səbəb AEM-də hökm sürən korrupsiya mühitidir. Bu isə Musa Quliyevin Azərbaycanda qeydiyyat prosedurunun mürəkkəb olduğu ilə bağlı iddiasını təkzib edir. Göstərilən səbəblərə görə bazardakı dərmanların effektiv təsiri və bütövlüklə ölkənin dərman təhlükəsizliyi ilə bağlı böyük suallar doğurur.

Mövzunu davam etirəcəyik.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Peskov: “Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlar”

Malıbəylidə insana məxsus sümük fraqmentləri aşkar edilib

Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb

“Bavariya” 12 ildən sonra ilk dəfə kuboksuz qaldı

Ən çox oxunanalar