Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda telefon və velosiped oğruları saxlanılıb

Bakıda telefon və velosiped oğruları saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, paytaxt ərazisində yerləşən mağazalardan birində işləyən şəxs Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə şikayət edərək obyektə müştəri kimi gələn bir nəfərin kassanın yanında ona məxsus 2 ədəd mobil telefonu oğurladığını bildirib.

Hadisə ilə bağlı dərhal araşdırmalara başlanılıb. Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ümüdbəy Babayev qısa zamanda saxlanılıb. Araşdırma zamanı onun paytaxtın Yasamal, Nərimanov və digər rayonlarında da eyni üsulla, yəni mağazalara müştəri kimi daxil olub satıcının başının qarışmasından istifadə edərək kassadan pul və mobil telefonlar oğurladığı müəyyən edilib. Ümüdbəy Babayevin bu üsulla paytaxt ərazisində 10-dan mağazadan oğurluq etdiyi məlum olub. Onun bəzi mağazalardan oğurluq etməsi müşahidə kameraları vasitəsi ilə də görüntülənib.

Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat zamanı binaların dəhlizlərində olan velosipedləri oğurlayan şəxs saxlanılıb. Tədbir nəticəsində əvvəllər məhkum olunmuş paytaxt sakini Kənan Məmmədov tutulub. Onun Səbail rayonunda bir nəfərin dəyəri 1200 manat olan velosipedini oğurladığı sübuta yetirilib. Kənan Məmmədovun da etdiyi oğurluq kameralar vasitəsi ilə lentə alınıb. Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Faktla bağlı hər iki şəxs barəsində 9-cu Polis Bölməsində toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Ümüdbəy Babayev və Kənan Məmmədovun paytaxt ərazisində digər analoji cinayətər etdikləri istisna olunmur. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

BŞİH-də “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib

Ən çox oxunanalar