Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda iyrənc hadisə: 13 yaşlı qız atası və qardaşı tərəfindən zorlandı

Göygöldə baş verən iyrənc hadisənin üstü Bakıda açılıb. Azyaşlı qız həm qardaşı, həm də atası tərəfindən mütəmadi olaraq zorlanıb.

PİA.az Musavat.com-a istinadən xəbər verir ki, bu iyrənc hadisə Göygöl rayonunda baş verib. 13 yaşlı qız anası vəfat etdikdən sonra atası Ceyhun Cümşüdov tərəfindən zorlanıb. C.Cümşüdov doğma qızına qarşı bu iyrənc hərəkətlərini dəfələrlə təkrar edib.

Azyaşlı qız ifadəsində deyib ki, anası vəfat etdikdən sonra atası onu tək yatmağa qoymayıb: "Birinci dəfə mənə dedi ki, tək yatsan qorxarsan. Onunla birlikdə yatmağımı istədi. Daha sonra da bunlar baş verdi".

Həmin ərəfədə qızın qardaşı Yasim Cümşüdov da bacısına qarşı eyni hərəkətləri etməyə başlayıb. Amma ata və oğul bu iyrənc hərəkətləri bir-birindən xəbərsiz edirmişlər.

Bu şok hadisənin üstü isə Binəqədidə açılıb. Cümşüdovlar rayondan Binəqədiyə köçən zaman azyaşlı qız məktəbə gedib. Məktəbdə bu hadisəni rəfiqələrindən birinə danışıb. Zorakılığa məruz qalan qızın rəfiqəsi isə bu barədə öz anasına məlumat verib. Bundan sonra hadisə barədə polisə xəbər verilib.

Ata və oğul barəsində həbs qətimkan tədbiri seçilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsi zorlama) və 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmək) maddələri ilə ittiham elan edilib.

Hər ikisinin cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.

Məhkəmənin hökmü ilə Ceyhun Cümşüdov 17 il, oğlu Yasim isə 13 il müddətinə azadlıqdan məhrum ediliblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Android 15 yeniləməsi ilk olaraq hansı telefonlara gələcək?

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Ən çox oxunanalar