Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rafael Ağayev: "Heç bir rəqibim üçün hədiyyə deyiləm"

"Nəinki olimpiadada, hər yarışda medal qazanan idmançıdan yüksək nəticə gözləyirlər. Uğur qazanmaq istəyirsənsə, nəyisə qurban verməlisən".

Bu fikirləri Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanmış Azərbaycan karateçisi Rafael Ağayev deyib.

75 kq çəki dərəcəsində çıxış edən idmançı üzərində əziyyəti olan hər kəsə təşəkkür etdiyini bildirib: "Hazırlığımız Türkiyənin İstanbul şəhərində keçir. Bir neçə gündən sonra yenidən oraya yollanacağam. Olimpiadada özümə və komandamıza güvənirəm. Tokioya qızıl medal üçün gedirəm".

Ağayev ümidləri doğrultmağa çalışacağını sözlərinə əlavə edib: "Çox az zaman qalıb. Vaxt azaldıqca həyəcan artır. Hamı düşünür ki, Rafaelin karyerasının sonudur, qocalıb. Hər kəsin fikrinə hörmətlə yanaşıram. Amma hər şeyi bilən Allahdır. Olimpiadada ən çətin rəqibin yapon və italyan idmançıdır. Yaponla döyüşüm alınmır. Heç biri zəif deyil. Amma mən də heç bir rəqibim üçün hədiyyə deyiləm. Hər şey yaxşı olacaq".

Qeyd edək ki, olimpiadanın 23 iyul - 8 avqustda, paralimpiadanın 24 avqust - 5 sentyabrda keçirilməsi planlaşdırılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Qərbi Azərbaycan Xronikası: “Ağlasığmaz zəlzələ şəhəri batırdı, “Vay dərəsi” yarandı”

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ukrayna uğrunda Rusiya-NATO müharibəsi ola bilər?

Ən çox oxunanalar