Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentin son bəyanatlarının məğzi: İrəvana vaxt qoydu, Zəngəzur dəhlizi, status olmayacaq!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regionlara növbəti səfəri çərçivəsində avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibə verib. Ölkə başçısı müsahibə zamanı postmünaqişə reallıqları fonunda baş verən son hadislərə toxunub. Prezidentin çıxışında toxunduğu bir çox məsələ diqqət çəkib.

İstənilən zaman əməliyyat apara bilərik

Prezident müsahibə zamanı bir müddət öncə Azərbaycan silahlı qüvvələrinin keçirdiyi “Qisas” antiterror əməliyyatından danışıb. Ölkə başçısı qeyd edib ki, “Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatının cəza tədbiri olduğunu deyən dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq. Heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz”.
Ölkə başçısı bununla faktiki olaraq “Qisas” antiterror əməliyyatının bənzərinin bundan sonra da ola biləcəyi mesajını verir. Aydın məsələdir ki, əməliyyat uzun çəkmədi və daha çox qarşı tərəfi çəkindirmək qorxutmaq və təbii ki, regionda maraqlı qüvvələrin nəbzini yoxlamaq mahiyyətini daşıyırdı. Əməliyyat sonrası baş verənlərə baxdıqda Qisas əməliyyatının öz misyasını uğurla başa vurduğunu demək olar.
Bu əməliyyatlar həm də Ermənistanda bərpa edilməyə çalışılan “cəngavər” obrazını yenidən dağıtdı. Bakı psixoloji üstünlüyün mənimənilməsinə icazə vermədi.
Prezident bir daha qeyd etdi ki, biz öz torpağımızda istənilən zaman istənilən əməliyyat apara bilərik. Ölkə başçısı bununla bir daha antiterror əməliyyatlarının miqyasının genişlənə biləcəyi və hər an yenidən başlaya biləcəyi mesajını da vermiş oldu.

Qarabağda ermənilərin heç bir statusu olmayacaq!

Prezident müsahibə zamanı vacib məqamlardan biri olan Qarabağda yaşayan ermənilərin statusu məsələsinə toxunub. Prezident bir daha bəyan etdi ki, Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə də müstəqilliyi. Ümumiyyətlə ermənilərin hansısa xüsusi imtiyazı olmayacaq. Yəni Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə.

Bir çox hallarda bu məsələyə lazımınca diqqət verilməsə də ermənilərə xüsusi imtiyaz status vermək olduqca riskli bir addımdır. Məsələ ondadır ki, bu gün Azərbaycanda irili-xırdalı bir çox fərqli etnik xalqlar yaşayır. İndiki məqamda rəsmi Bakının ermənilərə xüsusi imtiyaz tanıması bu xalqları narazı sala bilər. Prinsip etibarilə bu gün Azərbaycanda yaşayan ləzgilər, talışlar və digər etnik xalqlar ermənilərdən daha çox bu ölkəyə xidmət edib.

Ölkə başçısının bu məsələdə israrlı olması əslində uzaqgörən siyasətin təcəssümüdür. Prezident yaxşı başa düşür ki, bu gün rəsmi Bakıdan ermənilərə xüsusi imtiyazın verilməsi tələb edənlər gələcəkdə ölkə daxilində yeni etnik qarşıdurmaların zəminini hazırlayır. Buna görə də Azərbaycanın unitar bütünlüyünü pozacaq belə bir addım heç bir halda qəbul edilə bilməz.

Prezidentin “Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi” deməsi hesab edirəm bu mövzuda yekun qərar kimi qiymətləndirmək olar. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, ermənilərin də hüquqları elə qorunacaq. Əlbəttə bununla razı olmaq istəməyən ermənilər Ermənistana köçə bilər.

İrəvana vaxt qoydu. Zəngəzur dəhlizi...

Prezidentin müsahibəsində diqqətçəkən bir digər məqam da onun Zəngəzur dəhlizi ilə bağlı dedikləri oldu. “Biz Ermənistanla sülh danışıqlara başlamalıyıq. Hələ ki, müsbət cavab almamışıq, amma ümid edirəm ki, alacağıq. Delimitasiya komissiyası yaradılmalıdır. Ona da etiraz edirdilər, nəticədə razılaşdılar. Zəngəzur dəhlizi lazımdır, ona da etiraz edirdilər. İndi yaxın həftələrdə biz onlardan Zəngəzur dəhlizinin marşrutunu gözləyirik” Prezident deyib.
Zəngəzur dəhlizi Prezidentin üzərində dayandığı və israrla tələb etdiyi prinsipial məsələlərdəndir. Əslində bunu anlamaq elə də çətin deyil. Çünki Zəngəzur dəhlizi 27 illik danışıqlar prosesinin gündəliyində olmayan və məhz cənab Prezidentin şəxsi təşəbbüsü ilə 10 noyabr bəyanatının mətninə daxil edilən bir məsələdir. Zəngəzur dəhlizi həm regional, həm də qlobal kontekstdə diqqətçəkən məsələdir. Prezidentin hər dəfə bu məsələyə toxunması artıq erməni-rus rəsmilərinin də siyasi leksikonuna yer alıb.
Prezident açıqca qeyd edir ki, ermənilər delimitasiya komissiyası yaradılmasına razı deyildilər, ancaq nəticədə razılaşdılar. Bu gün Zəngəzur dəhlizinə etiraz edən ermənilər gec-tez buna da razı olacaq. Bunun necə olacağını isə hesab edirəm Prezidentin paylaşdığı fotodan anlamaq olar. Belə ki, Prezident əslində Azərbaycan xəritəsində əks olunan bir suveneri paylaşdı və bu suvenerdə Qərbi Zəngəzur Azərbaycan ərazisi olaraq göstərilmişdi. Verilən mesaj əslində çox netdir. Ya Zəngəzur dəhlizi açılacaq, yada Qərbi Zəngəzur ilhaq ediləcək. Yeri gəlmişkən, Prezident müsahibə zamanı maraqlı bir ifadədə işlətdi: “Əl çəkin ərazi iddialarından. Əl çəkməsəniz, o zaman biz də ərazi iddiası qaldıra bilərik Ermənistana qarşı”.
Nəticə etiabrilə Prezidentin son müsahibəsindən belə bir qənatə gəlmək olar ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsinin gecikməsi halında Azərbaycan tarixi Qərbi Zəngəzur torpaqlarına dair təbliğatı artıracaq. Bu istiqamətdə ən azından Ermənistanda azərbaycanlı icmasının yaradılması mümkündür.
Bundan başqa Zəngəzur dəhlizi kontekstində Azərbaycan Ermənistana doğru gedən yolların təhlükəsizlik və nəzarət imkanlarını öz əlinə almaq üçün tədbirlərini genişləndirəcək. Hətta bu istiqamətdə rəsmi İrəvanı çəkindirmək üçün hərbi addımların atılması da mümkündür.

Turan Rzayev - Politoloq

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar