Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli İnsan Resursları Forumu uğurla yekunlaşdı - Foto

“Birlikdən qazan” şüarı ilə 26 aprel 2024-ci il tarixində “Gülüstan Sarayı”nda 600 nəfərdən çox iştirakçı ilə keçirilən Milli İnsan Resursları Forumu uğurla yekunlaşıb...

“Facemark”, “HR Option” və “HRENGINEERING” şirkətlərinin təşkilatçılığı, “VATA” şirkətinin baş sponsorluğu, “ROOF Academic Training”, “Peoplise” və “Business School Istanbul” şirkətlərinin platinum sponsorluğu, “BeIT & Partners”, “LOQO”, “DataExpert” və “IST Services” şirkətlərinin gold sponsorluğu və “Anzera”, “Başkent” restoranlar şəbəkəsi və “İnnab”ın silver sponsorluğu ilə 300-dən çox şirkət nümayəndələrinin iştirakı ilə baş tutub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının xatirəsinin yad edilməsi ilə başlayıb. Daha sonra Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəylinin və Milli İnsan Resursları Forumunun layihə rəhbəri Cabir Süleymanlının açılış nitqi ilə davam edib.

Üç moderator və 16 spiker “Birlikdə qazan” şüarı ilə “Top uğrunda mübarizə”, “Mərkəz xətti”, “Oyundan kənar vəziyyət” panelləri üzrə sahəyə dair müxtəlif mövzuları müzakirə ediblər.

“MİRF”in layihə rəhbəri Cabir Süleymanlının moderator olduğu “Top uğrunda mübarizə” panelində “GDG Professionals” şirkətinin təsisçisi və Baş Direktoru Gülzar Quliyeva, “Kapital Bank” ASC-nin İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçı, Fərqanə Məmmədova, “Veysəloğlu” Şirkətlər Qrupu Qrup ofis direktoru (Aparat rəhbəri) Zaur Zeynalov, ADA Universitetinin Rekruitment meneceri Dr. Aytəkin Hüseynova, “Peoplise” MMC-nin  Satış və müştəri əlaqələri üzrə rəhbər Doğuşcan Oto və "Yüksəliş" müsabiqəsi Testlər və insan resursları şöbəsinin rəhbəri Elmira Məmmədova komanda quruculuğu istiqamətində öz təcrübələrini bölüşüblər. Həmçinin panel zamanı top kadrların cəlb edilməsi, HR-ın şirkətin hədəflərinə çatmasında və doğru komandanı formalaşdırmasındakı rolu kimi bir çox önəmli mövzulara toxunulub.

İdarəetmə üzrə konsultant və təlimçi Elşən Bərdirxanovun moderator olduğu “Mərkəz Xətti” panelində “ALPHA Coaching & Consulting” MMC-nin İcraçı direktoru Elçin Əzimli, “Project Management Baku” MMC-nin Təsisçisi Xədicə Berktaş, İnsan resursları üzrə konsultant Vahidə Rzayeva, “PAŞA Həyat Sığorta” ASC-nin Baş İnsan resursları İnzibatçısı Coşqun İmanquluyev və “KPMG Türkiyə”nin İnsan Resursları direktoru Neslihan Çakıt komanda dinamikləri necə müəyyənləşdirilməlidir, düzgün komanda necə qurulmalıdır, təcrübələrindən, tarixdən, futboldan, kinolardan nümunələr və analogiyalarla komanda oyunçusu necə olmalıdır mövzularında fikir mübadiləsi ediblər.

Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının müdiri Toğrul Ələkbərovun moderator olduğu “Oyundan kənar vəziyyət” panelində  Caspian Capital Group şirkətinin icraçı direktoru Elvin Mahmudov, “McDonalds” Azərbaycanın İnsan Resursları Departamentinin direktoru Anar Bayramov, “BP”nin İnsanlar və Korporativ Mədəniyyət üzrə partnyoru Çinarə Əhmədova, “PMD Hospitality” MMC-nin İnsan Resursları üzrə direktoru Azad Ömərov və “DataExpert & BMI Business School İstanbul”un sədri Hasan Altunkayanın spikerliyi ilə baş tutub. Panel zamanı komandaların motivasiya edilməsi, komandaların uğursuzluq keyslərinin, komandanı demotivasiya edən halların, eyni zamanda komandanı komanda edən mövhumların müzakirəsi aparılıb.

Qeyd edək ki, tədbirin sonunda iştirakçılar sertifikatla, həmçinin dəyərli hədiyyələrlə təmin olunlubar. Həmçinin bu il ilk dəfə olaraq forumda HR sahəsinə dair mini tamaşa da təqdim edilib.

Poliqon.info

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı sərəncam

Ən çox oxunanalar