Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərbi Azərbaycan Televiziyası binasının açılışı olub

Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyası binasının açılışı olub...

Tədbirdə icma rəhbərliyi və tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, Qərbi Azərbaycan Televiziyası son 200 ildə mərhələli şəkildə öz el-obasından deportasiya edilən azərbaycanlılar, Qərbi Azərbaycanda məhv edilən Azərbaycan irsi barədə həqiqətlərin çatdırılmasına, o cümlədən sülh yolu ilə, təhlükəsiz və ləyaqətlə geri qayıdış uğrunda aparılan fəaliyyətə yaxından dəstək olmaqla bütün işini bu istiqamətə kökləyib.

Sədr qeyd edib ki, televiziyanın yeni istifadəyə verilən binası bu fəaliyyəti həyata keçirmək üçün bütün lazımi şəraitlə təchiz olunub.

Daha sonra Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu televiziyanın fəaliyyətinə uğurlar diləyib, kanalın Qərbi Azərbaycanın zəngin irsinin, tarixinin, mədəniyyətinin təbliği baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Açılışın rəmzi simvolu olan qırmızı lent kəsildikdən sonra qonaqlar və media nümayəndələri bina ilə tanış olublar.

Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri Ülviyyə Zülfüqar jurnalistlərə açıqlamasında bildirib ki, bu açılış mərasimi ilə televiziyanın efir siyasəti də yenilənir. Belə ki, telekanal həftədə 6 dəfə - 3 dəfə Azərbaycan, 3 dəfə rus dilində olmaqla, 2 saat boyunca efirə çıxacaq:

“Üstəlik, həftə ərzində yarımsaatlıq ingilis dilində icmal da nəzərdə tutulub. Televiziyada ənənəvi “Müzakirə vaxtı”, “Xəbər buraxılışı”, “İnsan hekayəsi” kimi verilişlərlə yanaşı, ümummilli lider Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı fəaliyyətinə dair “Ulu öndər və Qərbi Azərbaycan”, Prezident İlham Əliyevin Qərbi Azərbaycana dair gördüyü işlərlə bağlı “Qərbi Azərbaycana doğru”, Qayıdış Konsepsiyasına dair “Qayıdış haqqımızdır”, soydaşlarımızın başlarına gələn müsibətləri əks etdirən “İnsanlıq əleyhinə”, o cümlədən Qərbi Azərbaycanın maddi və qeyri-maddi mədəni irsini özündə əks etdirən “Deportasiyaya uğrayan irs”, “Addım-addım Qərbi Azərbaycan”, “Ədəbi İrəvan”, “Qərbi Azərbaycan Ləzzətləri” və sair kimi proqramlar da yayımlanacaq. Televiziya binasında sözügedən verilişlərin çəkilişi üçün müvafiq studiyalar və lazımi avadanlıqlar quraşdırılıb, yaradıcı heyətin fəaliyyət göstərməsi üçün geniş şərait yaradılıb”

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

Tualeti dəfnə yarpağı ilə sürtün – Evdar qadınlar bilməlidir

ABŞ İbrahim Rəisinin ölümü ilə əlaqədar İrana başsağlığı verib

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Ərdoğan: Mövcud konstitusiya ilə Türkiyə irəli gedə bilməz

Blinken: “Netanyahunun həbsinə order verilməsi tələbi biabırçılıqdır”

Ən çox oxunanalar