Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın çağırdığı KTMT toplantısı bu hərbi ittifaqın sonunu gətirə bilər

“Alyans dağılmağa məhkumdur”...

Dünən “Valday” Beynəlxalq Diskussiya Klubunun “Hegemonluqdan sonrakı dünya: hamı üçün ədalət və təhlükəsizlik” mövzusunda keçirilən 19-cu iclasının plenar sessiyasında danışan Rusiya Prezidenti Vladimir Putin ölkəsinin «Qarabağ» problemində maraqlı olmadığını açıq şəkildə etiraf edərək deyib: «Erməni xalqı və ya Ermənistan rəhbərliyi hesab edirsə ki, sülh müqaviləsinin bütövlükdə Qarabağ üzərində Azərbaycanın suverenliyinin tanınmasını nəzərdə tutan Vaşinqton variantı seçilməlidir, buyursunlar, özləri bilərlər. Ermənistan rəhbərliyi hesab edirsə ki, Qarabağ gələcək sülh müqaviləsində nəzərə alınmalıdır, bu da mümkündür. Amma təbii ki, Azərbaycanla razılaşdırmaq lazımdır. Bu razılaşmaların qarşı tərəf - Azərbaycan üçün də məqbul olması lazımdır”.

Bütün bu destruktiv mövqeyinə baxmayaraq, AzərbaycanErmənistan liderlərini 3 tərəfli görüşə çağıran Putinə ilk müsbət cavab yenə İrəvandan gedib. Azərbaycan tərəfi hələ də bu çağırışa müsbət cavab verməsə də, Moskvada məlum görüşünün keçiriləcəyinə inam var.  Putinin sözçüsü Dmitri Peskov bu inamını açıq şəkildə dilə gətirməklə qalmayıb, hətta bu gün keçiriləcək KTMT toplantısını da gözlənilən məlum görüşlə əlaqələndirib. Onun sözlərinə görə, KTMT toplantısı «Ermənistan, RusiyaAzərbaycanın sammitinə hazırlıq çərçivəsində» keçiriləcək. Liderlərin üçtərəfli görüşünün KTMT-nin toplantısı ilə nə əlaqəsi olduğunu müəyyənləşdirməyi rəsmilərin öhdəsinə buraxırırıq. Bizi maraqlandıran isə erməni siyasi ekspertlərinin bu iki məsələyə münasibətidir.

«ArmenianReport” saytının eksperti Razmik Akopjanyan qələmə aldığı «Vaxt itkisi: KTMT dağılmağa məhkumdur» sərlövhəli məqaləsi bu müəmmaya aydınlıq gətirir. Məqalənin adından da göründüyü kimi, İrəvanda bu Rusiyanın himayəsinə sığınmağa vaxt itkisi kimi baxırlar.

Həmin məqaləni olduğu kimi diqqətinizə çatdırırıq:

“Bu gün, oktyabrın 28-də KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyası keçiriləcək. Sessiyada Ermənistana yardımın göstərilməsi üzrə birgə tədbirlərə baxılacaq. Bütün bunlar istehza kimi səslənir. Çünki yardım sözdə deyil, əməldə göstərilməli idi. Üstəlik, bundan xeyli əvvəl, Türkiyə-Azərbaycan tandemi “Artsax”a qarşı müharibəyə başlayanda.

Bəs KTMT indi nə edə bilər? Heç bir şey. Sadəcə şifahi dəstək göstərə bilər. Onların Azərbaycan qoşunlarını Ermənistanın suveren ərazisindən çıxarmaq arzusu yoxdur. Çünki Kreml Türkiyə-Azərbaycan tandemi ilə münaqişəyə girmək istəmir. Rusiya baxımından daha vacib problemlər də var. İlk növbədə Ukrayna.

Rusiyanın Ukrayna ilə müharibədə ilişib qalması və Ukrayna Silahlı Qüvvələrinin hətta Xersonu öz nəzarəti altına qaytarması riskinin böyük olması çox şeydən xəbər verir. Üstəlik, Rusiya uzun müddətdir Ukrayna ilə danışıqlara hazır olduğuna dair siqnallar göndərir. Bu mənada Kreml artıq bütün mümkün potensial köməkçilərə - Ərdoğandan tutmuş Merkelə qədər üz tutub.

Cavab olmayanda Rusiya prezidenti Vladimir Putin özü söz aldı. “Gəlin birlikdə yaşayaq, dialoqlar aparaq və etimad yaradaq, sülh şəraitində əlaqələr quraq. Biz tamamilə səmimi idik. Bunun müqabilində nə aldıq?”, - “Valday” Beynəlxalq Diskussiya Klubunun “Hegemonluqdan sonrakı dünya: hamı üçün ədalət və təhlükəsizlik” mövzusunda keçirilən 19-cu iclasının plenar sessiyasında danışan Rusiya Prezidenti bütün mümkün əməkdaşlıq imkanlarına “yox” dedi.

Aydındır ki, o, vaxt udmağa və Ukraynaya hücum üçün yeni qüvvələr toplamağa çalışır. Amma o da aydındır ki, Putinin istəkləri Rusiyanın imkanlarına ziddir. Onun ordusu bu arzusunun öhdəsindən sadəcə gələ bilmir, müharibədəki itkilərin nisbəti sağalma sürətini üstələyir. Üstəlik, müharibə təkcə təyyarələr və tanklar deyil. Bu, həm də ən primitiv qış hərbi forması da daxil olmaqla bir çox xırda şeylərdir.

Bütün bunlar, məlum olduğu kimi, Rusiyada yoxdur. O, müharibənin əvvəlində nə qədər təəccüblü səslənsə də, uzadılmış əli ilə dünyanı gəzdi. Ona sadəcə İran kömək edir. Amma onun imkanları, yumşaq desək, kifayət qədər məhduddur. Bu arada hamı Ukraynaya yardım edir. Silah tədarükünü artıran Almaniyadan başlayaraq, hətta İran müharibəyə girdikdən sonra İsrail də Ukraynaya kömək etməyə başlayıb

Mən hələ, Böyük BritaniyaABŞ, digər NATO ölkələrini demirəm. Maddi cəhətdən də köməklik göstərilir. Bu arada, Rosstat  müharibənin başlanğıcından bəri sənayedə ən güclü tənəzzülü açıqlayıb: Avtomobil sənayesində tənəzzül 77%-ə qədər yüksəlib, polad istehsalı 9%, gübrə istehsalı 14%, ağac emalı 20%, qaz istehsalı 26% azalıb. Və bu sonun yalnız başlanğıcıdır.

Ukrayna ordusunun vəziyyəti isə yaxşılaşır. Ötən həftə Ukrayna Silahlı Qüvvələrinin bölmələri Rusiya işğalçılarının Ka-52, Mi-24, Mi-28 tipli daha altı hücum helikopterini məhv edib. Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov Ukrayna Hərbi Televiziyası tərəfindən YouTube-da yayımlanan brifinqdə danışıb.

“Məhv edilmiş düşmən helikopterlərinin ümumi sayı təxminən 250-dir ki, bu da ordu aviasiyasının beş alayına bərabərdir”, deyə Qromov deyib: “Buna görə də, Rusiya Federasiyası Silahlı Qüvvələrinin ordu aviasiyasının ekipajlarını qarşıdan gələn peşə bayramları münasibətilə təbrik edə bilərik - sabah RF Silahlı Qüvvələrinin Ordu Aviasiyası Günüdür. Qoy uçsunlar - biz də onları vuraq”.

Bütün bunları nəzərə alsaq, Rusiya və ya KTMT Ermənistana necə kömək edə bilər? Heç necə. Ona görə də bugünkü görüş vaxt itkisi və Moskvanın KTMT-nin qaçılmaz dağılmasını gecikdirmək cəhdi olacaq. Təşkilatın zəifliyini təkcə biz yox, KTMT-yə üzv olan digər ölkələr də görür. Onların hər biri artıq nəticə çıxarıb və yeni dəstək nöqtələri axtarır”.

Tərcümə: Ovqat.com

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Ən çox oxunanalar