Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ombudsman şəhid ailələri və qazilərlə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Vətən Müharibəsi iştirakçısı olmuş bir qrup qazi və şəhid ailələri ilə görüş keçirib. 

APA-nın məlumatına görə, Ombudsman Aparatında keçirilən görüşlərdə şəhid Elnur Allahverdizadənin atası Əli Həsənov, şəhid Əli Vəliyevin atası Kamran Vəliyev, şəhid Rəşad Quliyevin anası Mətanət Quliyeva və həyat yoldaşı Aytən Quliyeva, eləcə də qazilər Ervin Cavadov, Mansur Məmmədov, Pərviz Quliyev və Elvin Orucov iştirak ediblər.

Ombudsman Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə münasibətilə şəhidlərimizin ailə üzvlərini və qaziləri təbrik edib. Səbinə Əliyeva şəhidlərin şərəfli amal naminə bu zirvəyə ucaldıqlarını və öz qanları bahasına torpaqlarımızı düşməndən azad etdiklərini vurğulayıb, şəhid ailələrinə səbir diləyib.

Görüşdə dövlət tərəfindən şəhid ailələri və qazilərə göstərilən diqqət barəsində danışılıb. Eyni zamanda, Ombudsman şəhid ailələri və qazilərin müxtəlif məzmunlu müraciətlərini dinləyib və qayğıları ilə maraqlanıb. Səbinə Əliyeva onların qeyd etdikləri məsələlərin həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyini və müraciətlərin nəzarətdə saxlanılacağını qeyd edib.

Görüşün yekununda Ombudsman bir daha Azərbaycan Ordusunun bütün əsgər və zabitlərinə işğal altında olan torpaqlarımızın azad edilməsinə görə dərin minnətdarlıq hissi duyduğunu bildirib.

pia.az


Etiket: Ombudsman

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Ən çox oxunanalar