Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnformasiya və rabitə sahəsində göstərilən xidmətlərin dəyəri artıb

İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2024- cü ilin yanvar-mart aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilən xidmətlərin dəyəri real ifadədə 10,4 faiz artaraq 766,4 milyon manat təşkil edib ki, onun da 74,1 faizi əhali tərəfindən istehlak olunub...

Poliqon-un Dövlət Statistika Komitəsinə istinadən xəbərinə görə, bu xidmətlərdən əldə edilən gəlirin 36,8 faizi və ya 281,7 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

İstehlak bazarı 2024-cü ilin yanvar-mart aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılan malların və göstərilən xidmətlərin dəyəri 16,8 milyard manat olmaqla 2023- cü ilin yanvar-mart aylarına nisbətən müqayisəli qiymətlərlə 3,6 faiz artıb.

Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilən xidmətlərin dəyəri 2023-cü ilin birinci rübü ilə müqayisədə 3,6 faiz artaraq 16,1 milyard manata bərabər olub ki, onun 46,0 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar