Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin nüvə silahı ilə bağlı danışıqlardan imtina edib, Rusiya ilə antikosmik silahlar hazırlayır...

Dövlət Departamenti bildirib ki, Çin 2023-cü ilin noyabrında nüvə silahlarına nəzarət üzrə ABŞ ilə danışıqları davam etdirməkdən imtina edib...

Poliqon xəbər verir ki, bu barədə Dövlət Departamentinin məlumatında bildirilir.

"Təəssüf ki, Çin növbəti görüşdən imtina etdi və təqdim etdiyimiz variantlara mənalı cavab vermədi", deyə Dövlət Departamentin rəsmi nümayəndəsi bildirib.

Qeyd edilir ki, danışıqlarda Ağ Ev Çin və ABŞ arasında nüvə silahının yayılmamasına nəzarət üzrə əməkdaşlığı gücləndirməyi, ballistik raket sınaqları üçün xəbərdarlıq sisteminin yaradılmasını, həmçinin kosmosda eskalasiyanın azaldılması üçün tədbirlərin görülməsini təklif edib.

ABŞ müdafiə nazirinin kosmik siyasət üzrə köməkçisi Con Plumb isə konqresdə keçirilən dinləmələrdə bildirib ki, Rusiya və Çin yerüstü və orbital antikosmik silahlar hazırlayır və yerləşdirirlər. O, aydınlaşdırıb ki, əldə etdiyi məlumata görə, Rusiya kosmosda kinetik tipli silahların prototipini hazırlayır və yerləşdirir. Çin isə ikili təyinatlı robot peyklər yaradıb.

Aprel ayında BMT Təhlükəsizlik Şurası Rusiyanın veto qoyması səbəbindən kosmosda nüvə silahının yerləşdirilməməsinə dair qətnamə qəbul etməmişdi. Moskva mətndə təkcə nüvə silahının deyil, ümumilikdə hər hansı silahın kosmosda qadağan olunmasını nəzərdə tutan düzəlişin yer almamasından narazı qalıb və qətnamənin öz versiyasını vəd edib.

Bundan sonra Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Rusiya ABŞ-dan BMT Təhlükəsizlik Şurasında kosmosda silah məsələsi ilə bağlı qətnamə layihəsinə xələl gətirmədən yanaşmağı xahiş edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Ən çox oxunanalar