Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bloomberg: Makronun Şoltsla gərgin münasibətləri Ukraynanı müdafiəsinə yaxşı heç nə vəd etmir...

Makronun Ukraynaya qoşun yerləşdirməsi ilə bağlı açıqlaması qəsdən birmənalı mesaj deyil deyil və bu mesaj əslində Rusiya siyasi-hərbi rəhbərliyinin şüurunda qeyri-müəyyənlik yaratmaq məqsədi daşıyır...

Poliqon xəbər verir ki.bu barədə Bloomberg Agentliyi rəsmi mıənbələrə əsasən yazır. Agentlik qeyd edir ki, müzakirələrlə tanış olan bir məmurun sözlərinə görə, Fransa prezidentinin mesajı Almaniya hökümətinin açıq imesajlarına zidd idi. Buna görə də, Şolts açıqlama başlıqlara çıxan kimi Makronun mövqeyini açıq şəkildə təkzib edib.

Anlaşmazlıqlar iki liderin birlikdə işləməsində uzun müddətdir mövcud olan çətinliklər, onların fərqli üslublarını və fikir ayrılıqları fonunda ortaya çıxıb və bu son vaxtlar Rusiyanın xeyrinə olan müharibə ilə bağlı vəziyyəti daha da xaotik bir hala gətirir.

Bir fransız məmurunun sözlərinə görə, Makron Şoltsu cəsarətsiz və ambisiyasız, uzaq perspektivdə düşünə bilməyən lider kimi görür. Anonim mənbə Bloomberg-ə bildirib ki, ilk gündən onlar arasında heç bir normal işgüzar münasibət olmayıb.

Kanslerin yaxın köməkçiləri də etiraf edirlər ki, Şolts və Makroni yaxşı anlaşa bilmirlər. Berlində isə Makron böyük ideyaları dilə gətirən, lakin onları həyata keçirə bilməyən bir fiqur kimi qəbul edilir.

Bu yanaşma o deməkdir ki, Makronun digər zarafatları Berlində birmənalı qarşılanmayıb. Parisdəki görüşdən sonra danışan Fransa prezidenti münaqişənin əvvəlində Ukraynaya yalnız “dəbilqə və yataq çantaları” təklif edən müttəfiqlərinə işarə edib ki, bu da Almaniyaya açıq hücum kimi qəbul edilib. Makronun bu yanaşması Şoltsun ofisində narazılığa səbəb oldu, çünki Almaniya ABŞ-dan sonra Ukraynaya ikinci ən böyük hərbi yardım edən donor olub.

Bloomberg yazır ki, əvvəllər ölkələrinin iqtisadiyyat və maliyyə nazirləri vəzifəsində çalışmış Makron və Şolz uzun illərdir ki, bir-birlərini tanıyırlar. Mənbənin sözlərinə görə, onların münasibətlərində dönüş nöqtəsi Şoltsun 2018-ci ildə Fransanın AB-nin lehinə BMT Təhlükəsizlik Şurasında daimi yerdən imtina etmək təklifi olub.

Xatırladaq ki, Makron bazar ertəsi mətbuat konfransında deyib ki, “Mən Almaniya və Fransanın bir-biri ilə razılaşdığı bir dünya tanıyırdım”...

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Soyuq may ayında qiyməti ilə “hərarətləndirən” kafelər: Bulvardakı vəziyyət nə zaman düzələcək? - Video

Ən çox oxunanalar