Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Günün brifinqi - Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq təşlikatlar...

Artıq yaranmış vəziyyət bizdən Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələlərdə ən xırda detala belə önəm verməyimizi tələb edir...

Qarabağdakı separatçılarla bağlı ən narahatedici və problemli məsələlərdən biri və birincisi hüquqi və dövlət bağlılığı məsələsidir. Artıq separatçıları Ermənistanla hər hansı hüquqi və dövlət bağlılığını yox eləmək və kökündən qoparıb atmaq vaxtı çoxdan çatıb. Əslində isə biz bu məsələdə çox gecikmişik.

Qarabağ ermənilərinin Ermənistana ancaq etnik bağlılığı ola bilər ki, bu məslədə də onlara heç kim mane olmur və olmayacaq da. Elə Laçın yolu da bunun üçün nəzərdə tutulub. Ancaq bu yolda da Azərtbaycan qanunlarından başqa heç bir qanun işləməmlidir.

Qarabağ ermənilərinin separatizm havalarının alınması üçün hər şeydən əvvəl Ermənistanla hüquqi bağlarının qoparılmasıdır. Bunun üçünsə ilk olaraq beynəlxalq təşkilatlardan başlamaq lazımdır. Yəni onların Qarabağla təması Ermənistandan deyil, Azərbaycandan olmalıdır. Bu qaydaya tabe olmayan beynəlxalq təşkilatlarla isə əməkdaşlıq konkret dayandırılmalı və bu beynəlxalq təşkilatlardan Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq qanunlara tabe olmaq birmənalı şəkildə tələb edilməlidir.

Misal üçün hansı səbəbdən Xankəndində fəaliyyət göstərən Beynəlxalq Qırmızı Xaç Komitəsinin təşkilatın Ermənistan nümayəndəliyinə bağlıdır? Bu BQXK-nın nizamnaməsinə nə qədər uyğundur? Onlar əgər Qarabağdan xəstələri daşımaq istəyirlərsə, buyurub daşısınlar, amma Azərbaycan ərazilərində Azərbaycan qanunlarına bağlı olsunlar və hesabatlarını da təşkilatın Bakı nümayəndəliyinə versinlər. Onların təşkilatın Ermənistan nümayəndəliyinin qarşısında məsuliyyətli və hesablılıqlarının olması hər şeydən əvvəl Azərbaycanın ərazi bütövlüyünü tanımırlar.

Ən yumşaq şəkildə ifadə etsək, bu, Xankəndində fəaliyyət göstərən Qırmızı Xaç nümayəndələrinin Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq qanunlara hörmətsizliyidir və bu hörmətsizlik uzun müddətdir ki, nümayişkəranə şəkildə ortaya qoyulur.

Eyni vəziyyət digər beynəlxalq təşkilatlarla da bağlıdır. Və bu məsələlərə artıq son verməyin vaxtı çoxdan çatıb.

Artıq yaranmış vəziyyət bizdən Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələlərdə ən xırda detala belə önəm verməyimizi tələb edir. Bu həm də ona görə vacibdir ki, Qarabağda yaşayan ermənilər, o cümlədən erməni olub, olmamasından asılı olmayaraq, separatçıları dəstəkləyənlər bilməlidirlər ki, Qarabağla Ermənistanı hüquq formatında bağlayan heç bir şey yoxdur…

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Deputat: “Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!” - Video

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Ən çox oxunanalar