Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

""Tərtər İşi"-ni nağıl adlandırmamışam" - Xanlar Vəliyevdən ilginc açıqlamalar

“Tərtət işi” bağlı məsələlər gündəmdən düşmür. Sosial şəbəkələrdə, xəbər saytlarında müzakirələr, yazılar davam edir...

Bu günlərdə məsələ Milli Məclis səviyyəsinə qalxmış, orda müzakirələr zamanı deputatlar keçmiş Baş prokuror Zakir Qaralovu, hazırkı hərbi prokuror Xanlar Vəliyevi tənqid edərək günahı olmayan hərbiçilərin qanunsuz, heç bir əsas olmadan məsuliyyətə cəlb edildiklərini, onlara işgəncələrin verildiyini bildiriblər. Millət vəkilləri hərbi prokuror Xanlar Vəliyevin üzr istəməli olduğunu bildirmişdilər.

Manset.az məsələni diqqətdə saxlayaraq məlum Tərtər hadisələri ilə bağlı Baş prokurorun müavini, Respublika hərbi prokuroru Xanlar Vəliyevlə əlaqə saxlayıb.

O suallara cavab verərək deputatları məlumatsızlıqda günahlandırıb.

-Milli Məclisdə “Tərtər işi” ilə bağlı sizə qarşı ittihamlar səsləndirilir, sizi tənqid edirlər, bu barədə nə deyə bilərsiz?

-Bu barədə kimlər danışırsa, hansı deputatlar məni ittiham edirsə, onlardan soruşun, heç nədən xəbəri olmadan, başı bir şeydən çıxmadığı halda niyə danışır?

-Bəs siz bir vaxtlar Tərtər hadisələrini “Nağıl” adlandırırdız, nə baş verir? indi reallığa çevrilib?

-“Mənim dediklərimi təhrif edirlər. Mən "Tərtər işi"ni nağıl adlandırmamışam. Mən nağıl onu demişəm ki, mənə suallar verirdilər ki, hərbi prokurorluq əməkdaşları hərbiçiləri döyürlər, incidirlər, işgəncə verirlər, mən bunu nağıl adlandırmışam. Heç kəs deyə bilməz ki, hərbi prokurorluq əməkdaşları mənə təziq edib, məni döyüblər. Heç prokurorluq əməkdaşları kimisə təhqir də etməyiblər. Bu ola da bilməz.

-Bəs Milli Məclisdə deputatlar tələb edirlər ki, siz üzr istəməlisiz?

-“Mən niyə üzr istəməliyəm. Hansı səbəbə? Kim bunlar barədə danışır ondan soruşun niyə? Heç nədən xəbəri olmadan danışanlara sözüm yoxdur. Sağ-salamat olsunlar.”

pia.az


Etiket: Tərtər işi


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

Rusiya sülhməramlı kontingentinin hərbi texnikasının növbəti partiyası Xocalıdan daşınır - Video

Ən çox oxunanalar