Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstiqlal Muzeyində “Bir amal uğrunda” adlı tədbir – sərgi keçirildi

24 noyabr 2022-ci il tarixində Azərbaycan İstiqlal Muzeyində 44 günlük Vətən Müharibəsi şəhidlərinin xatirəsini yad etmək və vətənpərvərliyin təbliği məqsədi ilə ötən ildən etibarən davam edən “Qəhrəmanlar Can Verir Yurdu Yaşatmaq üçün” adlı layihə çərçivəsində “Bir amal uğrunda” adlı tədbir – sərgi keçirildi.

44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazıldı.

Tədbirdə əşyaları nümayiş olunan şəhidlərin ailə üzvləri çıxış edərək Vətən, torpaq uğrunda unudulmaz tarix yazan, gənc ömürlərinə böyük qəhrəmanlıqlar sığdıran cəsur Vətən oğullarından bəhs etdilər. Bildirildi ki, artıq iki ildir ki, bizlərə Zəfər sevinci yaşadan, 30 illik işğala son qoyaraq doğma Vətənimizin ərazi bütövlüyünün bərpa olunması uğrunda canından keçən qəhrəman şəhidlərimiz heç vaxt unudulmayacaq, onlar hər birimizin qəlbində əbədi yaşayacaqlar.

Sonda tədbir iştirakçıları şəhid polkovnik-leytenant Cəfərov Zaur, leytenant Nağıyev Murad, əsgər Əsədli Əsəd, Qəhrəmanov Orxan, Hacıyev Sayad, Cabbarzadə Cavidə məxsus, muzeyin fondlarında qorunub saxlanılan 60-a yaxın şəxsi əşyaların nümayiş olunduğu sərgi ilə tanış oldular.
Tədbirdə şəhid ailələri, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları, 1Könüllü tələbə təşkilatının könüllüləri, “İrəli” İctimai Birliyinin üzvləri və digər qonaqlar iştirak etdilər.

Fotolar

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Qızıla yatırım etmək riskli hesab edilir - Video

Bu çayların xərçəng yaratdığı - sübut edildi

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Ən çox oxunanalar