Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vüqar Rəhimzadə: Bu gün 30 illik yolun yaratdığı reallıq... 

“Bu ilin noyabr ayı əlamətdar tarixi hadisələrlə, bayramlarla zəngindir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, bu gün Prezident İlham Əliyevin Sədrliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi də bu əlamətdar hadisələr sırasında yer alır.  YAP-ın keçdiyi 30 illik yolu  tarixi Zəfərimizin yaratdığı  reallıqlar fonunda  təhlil edir, partiyanın yeni hədəfləri özündə əks etdirən yeni Proqramı əsasında gələcəyə baxırıq. Bir məqamı da nəzərə alsaq ki,  daim gələcəyə doğru keçmişdə qazandığımız uğurların fonunda addımlayırıq,  bu halda ölkəmizin həyatında dönüş nöqtəsi kimi dəyərləndirilən Yeni Azərbaycan Partiyasının yaranmasını zəruri edən səbəblərə  qısa nəzər salmaq bir tələbə çevrilir. 

Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biridir. 1991-ci il 18 oktyabr tarixində müstəqilliyini yenidən bərpa edən Azərbaycanın ilk illərdə yaşadıqları yaddaşlardadır. Ölkəyə rəhbərlik edənlərin bacarıqsızlıqları, siyasi səriştəsizlikləri, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları Azərbaycanda xaosun, anarxiyanın, özbaşınalıqların, iqtisadi böhranın geniş vüsət almasına, torpaqlarımızın 20 faizinin  Ermənistan tərəfindən işğalına  səbəb oldu.  Belə bir böhranlı şəraitdə xalqın sabaha olan ümidləri puça çıxırdı. Belə bir çətin  dövrdə 91 nəfər  ziyalı ulu öndər Heydər Əliyevə xalqımızın böyük əksəriyyətinin istəyini özündə ehtiva edən “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətini ünvanladı. Müraciətdə bu əminlik ifadə edildi ki, xalqımızı belə çətin vəziyyətdən xilas edəcək yeganə şəxsiyyət Ümummilli Liderdir. Həmin tarixi müraciətdə Yeni Azərbaycan Partiyasının yaradılmasının zamanın tələbi, xalqın istəyi olduğu aydın şəkildə ifadə olunaraq  ölkəmizdə gedən xoşagəlməz proseslərin qarşısının alınmasında yeni yaradılacaq partiyanın  əvəzsiz rol oynayacağına böyük inam ifadə olunurdu. Ümummilli lider Heydər Əliyev hər zaman olduğu kimi, yenə də canından artıq sevdiyi Vətəninin xalqının yanında olduğunu müraciətə verdiyi “Yeni müstəqil Azərbaycan uğrunda!” cavabı ilə təsdiqlədi

Ümummilli Liderin ziyalıların müraciətinə cavabında müstəqilliyi qorumağın onu əldə etməkdən nə qədər çətin olduğu əks olunmaqla yanaşı, yeni yaradılacaq partiyanın bu vəzifələrin öhdəsindən layiqincə gələcəyinə əminlik də öz əksini tapmışdı. Beləliklə, 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi müasir müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoydu.” 

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib. 

Vüqar Rəhimzadə qeyd edib ki, artıq iki ildir tarixi Zəfərimizin sevincini yaşayırıq. Bu sevincin əldə olunması üçün Azərbaycanın keçdiyi inkişaf yolu hər kəsə məlumdur. Bu baxımdan dövlət başçısı İlham Əliyev bu çağırışı edir ki, müstəqillik yolumuz tarixi paralellər əsasında təhlil edilməli,  bu yolun heç də hamar olmadığı indiki və gələcək nəsillərə çatdırılmalıdır. Möhtəşəm Zəfərimiz müasir müstəqil Azərbaycan Respublikasının tarixində 1993-cü ildən başlanan Heydər Əliyev yolunun təqdimatıdır. Azərbaycan bütün sahələrdə gücləndi, artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza yarandı, güclü ordumuz formalaşdı, gənclərimiz  milli ruhda tərbiyə olunaraq onlarda torpaq, Vətən sevgisi daha da artdı və 27 sentyabr 2020-ci il tarixdə  “Artıq yetər!” deyib torpaqlarımızı işğaldan azad etmək üçün səfərbər olduq. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 44 gülük müharibədə adını tarixə qalib Sərkərdə,  torpaqlarımızın xilaskarı kimi yazdı. Bu gün bütün tədbirlərə qalib ölkənin qalib Prezidenti kimi qatılan cənab İlham Əliyev işğal və postmünaqişə dövrünün  təhlili əsasında Azərbaycanın ədaləti və beynəlxalq hüququ bərpa edən ölkə olaraq qarşısında böyük imkanlar açdığını əsaslı şəkildə diqqətə çatdırır. Dövlət başçısı İlham Əliyev partiyanın ötən il keçirilən VII qurultayında diqqəti  bu kimi məqamlara yönəltdi. Bildirdi ki, bu gün Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi zərurəti məhz bu səbəblərdən doğur. Yeni bir vəziyyət yaranıb.  Biz reallıqları yaradan ölkəyik: “Biz bütün işləri ardıcıllıqla edirik və əgər son 17 illik tariximizə nəzər salsaq görərik ki, qarşıya hədəflər qoyulurdu, hədəflər düzgün müəyyən edilirdi, biz bu hədəflərə çatırdıq və ondan sonra qarşımıza yeni hədəfləri qoyurduq. Beləliklə, həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişafı təmin etdik, beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevirdik və əsas məsələmizi - ərazi bütövlüyümüzün bərpasını təmin etdik.” 

Vüqar Rəhimzadə onu da əlavə edib ki, partiyanın sıralarına daxil olmaq istəklərini ifadə edən vətəndaşlarımızın sayı günbəgün artmaqdadır: “Bu fikri YAP Xətai rayon təşkilatının timsalında aydın ifadə edə bilərəm.  800 minə yaxın üzvü sıralarında birləşdirən YAP-ın cəmiyyətdə zəfərlər partiyası kimi nüfuz qazanmasını şərtləndirən əsas amillərdən biri də dövlətin siyasətinə dəstəyin, partiyanın gələcəyinə inamın ifadəsi olaraq bütün seçkilərdə qələbə qazanmasıdır. Təbii ki,  30 illik yolu bir yazıda əhatə etmək mümkünsüzdür.  Zəngin ənənələrə malik olan partiyamız bundan sonra da irəli sürdüyü təşəbbüslərlə, qəbul etdiyi qərarlarla Azərbaycan dövlətinin daha da güclənməsinə,  xalqımızın rifahının daha da yüksəlməsinə dəstək olacaq. Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyası olduğunu bütün dövrlərdə əməli fəaliyyəti ilə təsdiq edir və hədəflərə doğru inamla irəliləyir. Bu gün partiyanın fəaliyyətində “Yeni müstəqil Azərbaycan uğrunda!” devizini “Biz birlikdə güclüyük!” çağırışı əvəz edir. Partiyanın hər bir üzvünə bu uğurlu yolda fəal olmağı arzulayıram.”

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Ən çox oxunanalar