Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hesab bizi aldada bilər, asan qələbə olmadı” - Qurban Qurbanov

“Futbolçularımı təbrik edirəm. Çox əziyyət çəkdilər. Hesab bizi aldada bilər. Asan qələbə olmadı. Çox yaxşı komandaya qarşı oynadıq. Onların da qol imkanları oldu. Rəqibə uğurlar arzu edirəm. Futbolçularımı isə qucaqlayıram”.

“Report” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Macarıstanda “Ferentsvaroş”a 3:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, nə qədər imkanları varsa, bir o qədər irəliyə getmək istəyirlər:

Avropa Liqasının qrupunu təmin etdiyimiz üçün rahatlaşmaq olmaz. Hər oyunda belə qələbələr olmur. Çünki klubların səviyyələri fərqlidir. Əlimizdəki şansdan maksimum yararlanmağa çalışmalıyıq”.

O, pley-off mərhələsində Çexiyanın “Viktoriya” (Plzen) komandasına qarşı keçirəcəkləri ev oyununun Bakı Olimpiya Stadionuna salınmasının mümkünlüyünə də toxunub: “Öz oyunlarımızı Tofiq Bəhramov adına Respublika stadionunda oynamışıq. Bu məsələni Bakıda müzakirə edərik. İndi nəsə demək çox çətindir”.

Qurbanov rəqib komandanın baş məşqçisi Stanislav Çerçesova böyük hörmətinin olduğunu söyləyib: “Çox bacarıqlı mütəxəssisdir. Futbolçu və məşqçi karyerası məndən daha üstündür. Ona taktiki planda qalib gəldiyimi deyə bilmərəm. Sabah bu, mənim də başıma gələ bilər. Ona görə bu cür düşünmək istəmirəm. Çerçesov çox yaxşı komanda formalaşdırıb. Heyətdə səviyyəli futbolçular var. İdmanda hər zaman güclü qələbə qazanmır. Bu gün biz bu qələbəni haqq edirdik, çox istəyirdik”.

Qurbanovun sözlərinə görə, futbolçuların hamısının sağlam olması baş məşqçi üçün üstünlükdür: “Hər komandada lider futbolçu olur. Amma hər oyunçunun üzərinə bir tapşırıq düşür. Kadi Borges bu gün çox yaxşı oyun göstərdi və mübarizə apardı. Əslində heç kimi fərqləndirmək istəmirəm. Hamısı bu qələbəyə layiq idi”.

Qeyd edək ki, “Qarabağ” pley-off mərhələsində Çexiyanın “Viktoriya” (Plzen) klubu ilə qarşılaşacaq. Ağdam təmsilçisi ilk oyununu 16 avqustda evdə, cavab görüşünü isə 23 avqustda səfərdə keçirəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar