Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Vaşinqton Post” uyğur soyqırımında əli olan şirkətə cəza tələb edir  

ABŞ-ın “Vaşinqton Post” qəzeti “Çinin izləmə ilə məşğul olan şirkətinə sanksiya qoyulması real təhlükəyə layiqli cavab olardı” başlıqlı redaksiya məqaləsi dərc edib. Novator.az saytı məqaləni ingiliscədən çevirərək oxucuların diqqətinə çatdırır.

Amerikalıların bir çoxu ev oğrularını qorxutmaq üçün ABŞ-da təhlükəsizlik kameraları satan bəzi şirkətlərin öz qurğularını vətənləri Çində daha məkrli məqsədlər üçün satdığını bilsələr, çox təəccüblənərlər. Hazırda Ağ ev həmin şirkətlərin ən nəhənginə – “Hikvision”a qarşı misilsiz sanksiyalar tətbiq etməyi planlaşdırır.

“Financial Times” qəzetinin ötən həftə yazdığına görə, ABŞ-ın Maliyyə Nazirliyi insan hüquqları pozuntularına görə “Hikvision”u qara siyahıya salmaq istəyir. Bu baş versə, Amerikanın fiziki və hüquqi şəxslərinə Çinin videokamera ticarəti ilə məşğul olan “Hikvision” dövlət şirkəti ilə iş birliyi qurmaq yasaq ediləcək.

İndiyədək ABŞ Çin şirkətlərinə qarşı bir sıra sanksiyalar qoyub. Amma onların heç biri “Hikvision”a qarşı planlaşdırılan sanksiya qədər sərt olmayıb. “Hikvision” kimi nəhəng şirkətin qara siyahıya salınması artıq Çinin ən böyük şirkətlərinə münasibətdə ən sərt tədbirlərə əl atılması deməkdir. Nəzərə alaq ki, ABŞ Çinin iri müəssisələrindən olan “Huawei” şirkətinə də sanksiya qoyub.

Belə sanksiyalar dərəcəsindən, formasından asılı olaraq bütün dünyaya təsir edə bilər. “Hikvision”a sanksiya qoyulsa, bu, dünyanın hər yerində onunla iş birliyi qurmuş, ABŞ-ın hüquq sisteminə aidiyyəti olan hər kəsi cərimə təhdidi altına sala bilər.

“Hikvision”a qarşı tədbirlər yerinə düşür. Bu şirkət Çin dövlətinə dünyada varlığını genişləndirməyə kömək edir.

Çin şirkətlərinə qarşı son sanksiyaların bir çoxu onların müsəlman uyğurlar əleyhinə aparılan mədəni soyqırımı prosesində iştirakına görə tətbiq olunub.

“Hikvision” şirkəti də Çində müsəlman uyğurların sıx yaşadığı Sincan bölgəsində məscidlərin və həbs düşərgələrinin divarlarına kameralar quraşdırmaqla soyqırımı prosesində birbaşa rol alıb.

Şirkət hətta bir ara təhlükəsizlik orqanlarına rahat olsun deyə uyğurları avtomatik şəkildə üzdən tanıyan kameraların (süni intellektə əsaslanan kameraların) satışını da həyata keçirib.

Ümumiyyətlə “Hikvision” başqa dövlətləri özünə bənzətməyə, öz gününə salmağa çalışan Çin Xalq Respublikasının sədri Si Cinpinin dayaqlandığı əsas şirkətlərdən biridir.

Çin hökuməti monitorinq sistemlərini satmaqla Latın Amerikası, Afrika, Yaxın Şərq ölkələrinə və digər dövlətlərə repressiya ixrac edir. “Hikvision” təkcə inkişaf etməkdə olan, əksərinin başında avtoritar liderlər duran ölkələrə deyil, inkişaf etmiş, demokratik ölkələrə də soxulmağı bacarıb.

Dünyanın 150-dən çox ölkəsində video müşahidə həyata keçirən qurğuların demək olar dörddə biri “Hikvision”un istehsal etdiyi qurğulardır.

Böyük Britaniyanın paytaxtı Londonda və digər böyük şəhərlərinin yarıdan çoxunda “Hikvision” avadanlıqlarından istifadə olunur.

Hətta Konqres buna son qoymağı əmr edənə qədər ABŞ federal hökuməti də “Hikvision” məhsullarından yararlanıb.

Amerikanın bəzi agentlikləri isə Konqresin yasağından sonra da Çindən təhlükəsizlik kameraları almağı dayandırmayıb.

ABŞ-ın bir çox şəhərləri, inzibati dairələri, qəsəbələri hələ də “Hikvision” kameralarının müştərisidir. “Hikvision” texnologiyasının təhlükəsizlik baxımından zəif olduğuna dair hesabatları nəzərə alsaq, bundan xüsusi narahatlıq keçirməliyik.

Qısaca desək, “Hikvision” çağdaş totalitarizmin önündə gedir. Çinin bu şirkətinin istehsal etdiyi qurğuların dünyadakı çəkisi ABŞ-a “Hikvision”un təsirini zəiflətmək yollarına əl atmaq üçün əsas verir.

Bəziləri “Hikvision”un qara siyahıya salınmasının ABŞ-la Çin arasında münaqişəni lüzumsuz yerə daha da kəskinləşdirə biləcəyindən ehtiyatlanır.

Onlar bir məsələdə haqlıdırlar: “Hikvision”u bu və ya digər formada insan hüquqlarının pozulmasında iştirak edən saysız-hesabsız digər Çin şirkətlərindən fərqləndirməyə imkan verən bir prinsip olmadan sanksiyaya əl atmaq texnoloji aləmdə ayrı-seçkiliyə gətirə, texnologiya istehsalçıları arasında parçalanma yarada bilər. ABŞ isə belə bir parçalanmaya hazır deyil.

Ancaq “Hikvision”un doğurduğu real təhlükə fonunda həmin prinsipləri işləyib hazırlamaq olar. Bu elə də çətin məsələ deyil.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar