Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Pakistan Biznes Şurasının yaradılması və sərmayə imkanlarını müzakirə edib

Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov bu ökənin Ticarətin İnkişafı Qurumunun katibi Əhsən Əli Manqi ilə görüşüb.

Azərbaycan Respublikasının Pakistandakı səfirliyindən “Report”a verilən məlumata görə, ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından məmnunluqla bəhs edən səfir Xəzər Fərhadov iqtisadi əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Səfir Azərbaycan və Pakistanın aidiyyəti qurumları arasında baxılmaqda olan Preferensial Ticarət Sazişinə toxunub və bu sazişin iki ölkə arasında ticarət əlaqələrinin artırılmasında mühüm rol oynayacağını diqqətə çatdırıb. O, həmçinin iş adamlarının qarşılıqlı səfərlərinin, eləcə də biznes forumların təşkilinin iqtisadi əlaqələrinin daha da güclənməsinə töhfə verəcəyini vurğulayıb.

Pakistanın Ticarətin İnkişafı Qurumunun katibi Əhsən Əli Manqi səfir Xəzər Fərhadova ziyarətinə görə təşəkkürünü ifadə edib və Azərbaycan-Pakistan arasındakı səmimi münasibətlərdən söz açıb. İqtisadi-ticari əlaqələrin daha da dərinləşdirilməsində maraqlı olduqlarını bildirən Ə.Ə.Manqi Pakistanın Ticarətin İnkişafı Qurumu ilə AZPROMO arasında anlaşma memorandumu imzalandığını və həmin qurumla sıx təmasda olduqlarını qeyd edib.

Görüş zamanı Azərbaycan-Pakistan Biznes Şurasının yaradılması, eləcə də hər iki ölkədə investisiya qoyuluşu imkanları barədə fikir mübadiləsi aparılıb.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Ən çox oxunanalar