Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xaricdən gətirilən taxıl, əslində, heyvan yemidir - “Həmin buğdadan istifadə xərçəng yaradır”

“Bizim Rusiyadan idxal etdiyimiz taxılların əksəriyyətinin kleykovinası 17,18, heç 20-yə çatmır. Ona görə də bu, mal yemi hesab olunur. Yəni, heyvandarlıqda istifadə olunan taxıldır”.

Bu sözləri Bakupost.az -a Ağstafa Aqrar Sənaye Kompleksinin (AASK) Müşahidə Şurasının sədri, Almaniyanın “RAO Global Group” şirkətinin direktoru, iqtisadçı, hüquqşünas Rəsul Orucov deyib.

O qeyd edib ki, taxıl tələbatını idxaldan azad etmək həm də, keyfiyyət baxımından zəruridir.

Rusiyadan idxal edilmiş taxılların növlərinə baxın. Rusiya bizə nəyi satır? Əslində, taxılın keyfiyyəti kleykovinanın (taxılın tərkibində olub, xəmirə yapışqanlıq verən zülal) səviyyəsi ilə ölçülür. Eyni zamanda, natura deyilən başqa bir göstərici var. Bizim Rusiyadan idxal etdiyimiz taxılların əksəriyyətinin kleykovinası 17,18, yəni heç 20-yə çatmır. Ona görə də bu mal yemidir, yəni, heyvandarlıqda istifadə olunan taxıldır. Qanunla 23 kleykovina aşağı insan orqanizminin istifadəsi üçün yararsızdır. Həmin taxıldan Almaniyada, Avropada kim istifadə etsə, onu dərhal tutarlar. Amma bu gün nə baş verir? Ölkəyə idxal olunan taxılın böyük əksəriyyəti tam yararsızdır. Niyə yem taxılına daha çox üstünlük verilir? Məsələn, qida taxılının məhsuldarlığı 30 sentnerdirsə, yem taxılını əkəndə isə məhsuldarlıq 40-45 sentner olur. Bu da xərçəng, müxtəlif digər xəstəliklər də yaradır. Biz qidamıza fikir vermirik. Belə deyək 1-ci, 2-ci, 3-cü sinif buğdalar var, hansı ki, yüksək keyfiyyətli buğdalardır. Bunların hamısı dünya bazarında satılandan fərqləri var. Məsələn, kiməsə mal yemi lazımdırsa, o neynir qida buğdası əkir? Ona görə də mal yemi buğdasını alır. Nə qədər buğdanın kleykovinası yuxarıdırsa, o qədər onun dəyəri də yuxarıdır. Bizdə hələ camaat bunun fərqinə varmayıb”.

İqtisadçı bildirib ki, yerli fermerlərin çoxu yuxarı keyfiyyətli buğda əkir. Onun sözlərinə görə, hökumət fermerləri bəzi vergilərdən azad etməklə bu sahəni genişləndirə bilər: “Yerli buğdanın yapışqanlığı çox yuxarıdır, 35-38-ə çatır. Hökumət şərait yaratsa, bizim işimizə əngəl olan bəzi məqamları, əngəlləri, lazımsız vergiləri aradan qaldırsa, bir neçə il ərzində öz taxıl təlabatını ödəyər. Bu isə həm gələcəkdə taxılın qiymətinin artma riskini aradan qaldırar, həm də insanlarımız normal qida qəbul edər”.

Qeyd edək ki, ötən il Azərbaycanda buğdanın yeni keyfiyyət standartı təsdiq olunub.

Həmin standartlara əsasən, 4-cü sinif buğda keyfiyyət göstəricilərinə görə birbaşa un və çörək istehsalına yaramır.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Ən çox oxunanalar