Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ülvi Mehdiyev: “ASAN Xidmət "Baykar Makina" şirkəti ilə araşdırma mərkəzi yaradacaq”

Azərbaycanın ASAN xidmət dövlət orqanı olaraq Türkiyənin Texnologiya Fondu ilə saziş imzaladıq. Burada bir neçə ildir “Bilim Türkiyə” adlı layihə həyata keçirilir. “Bilim Türkiyə”nin Azərbaycanda “Bilim Bakı” mərkəzini yaradacağıq”.

“Report” xəbər verir ki, bu sözləri Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “Haber Global”a müsahibəsində deyib.

O, qeyd edib ki, Azərbaycan gəncləri həmin mərkəzdə öz proqramlarının yazılması, dronlarının hazırlanması, digər texnoloji təlimlərə cəlb olunacaqlar. Bu da onların gələcəkdə həmin sahədə peşkar biliklərə yiyələnməsinə səbəb olacaq.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə "Baykar Makina" şirkəti ilə əməkdaşlıq protokolu imzalanıb.

ASAN Xidmət həmin şirkətlə birgə innovasiya, araşdırma, resurs mərkəzi yaradacaq. Orada tədqiqat və araşdırmalar aparılacaq. Hər iki saziş bizim üçün dəyərli və qiymətlidir. Biz qısa müddətdə türk həmkarlarımızla, qardaşlarımızla birgə müasir innovasiyalı araşdırma mərkəzini qurmağı nəzərdə tuturuq”, - deyə Ülvi Mehdiyev bildirib.

O, “Teknofest” festivalının Bakıda keçiriləcəyini əlavə edib: “Bizim nazirliklə Türkiyənin müvafiq nazirliyi arasında danışıqlar gedir. Bakıda belə bir festivalın keçirilməsini planlaşdırırıq. İnanırıq ki, bir millət iki dövlət olaraq, bu sahədə də önəmli addımlar atacağıq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Ən çox oxunanalar