Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvan şəhərində gücləndirilmiş dezinfeksiya işləri davam etdirilir

Bu gün Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Gigiyena və Epidemiologiya Mərkəzinin və digər qrumların əməkdaşlarından ibarət, xüsusi hazırlıq keçmiş dezinfektorlarla görüşüb.

Dezinfektorları salamlayan İcra başçısı onlara gördükləri işin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz, hörmətli Mehriban xanım Əliyevanın müdrük rəhbərliyi altında ölkəmizdə koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizə sahəsində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, infeksiyanın yarada biləcəyi fəsadların aradan qaldırılması, sosial təcridin gücləndirilməsi ilə bağlı qəbul etdiyi qərarların, tapşırıq və tələblərin Şirvan şəhərində də ardıcıl yerinə yetirildiyini bildirib.
Məhz dezinfektorların fədakar fəaliyyətləri sayəsində koronavirus infeksiyasının şəhərdə yayılma sürətinin və əhatə dairəsinin genişlənməsinin qarşısının alındığını qeyd edərək onlara təşəkkürünü bildirib. Dezinfeksiya məhlulları və avadanlıqlarla təchiz olunmalarının vəziyyəti ilə maraqlanıb. Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Mehdixan Süleymanova və İcra Hakimiyyətinin məsul əməkdaşlarına zəruri tapşırıqlar verib.

Şirvan şəhər İcra Hakimiyyəti başçısı yanında yaradılmış Operativ Qərargah tərəfindən tərtib edilən qrafikə və tədbirlər planına uyğun olaraq ərazidə tibbi-proflaktik və dezinfeksiya işlərinin gücləndirilmiş qaydada davam etdiyini qeyd edib. Onlara bu xeyirxah fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra şəhərin mərkəzi küçə və prospektlərində, məhəllələrdə, ictimai binaların həyətlərində, giriş bloklarında, zirzəmi və lift kabinələrində, məişət tullantı konteynerlərində, istirahət parklarında, uşaq-əyləncə və idman qurğularında, sərnişindaşıma xidməti ilə məşğul olan avtobus və dayanacaqlarda təkrar dezinfeksiya işlərinə başlanılıb. Yerlərdə tibbi-proflaktik işlərə, sanitar-gigiyenik vəziyyətə nəzarətin daha da gücləndirilməsi haqqında müvafiq tapşırıq və tövsiyyələr verilib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar