Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neftçaladakı su çatışmazlığı müzakirə edilib

"Neftçalada vəziyyət gərgindir, cənab Prezident. Orada baş verən məlum hadisə ilə bağlı Neftçala şəhəri və rayonun 38 kəndi içməli sudan məhrum olub".

PİA.az xəbər verir ki, bunu "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə deyib.

Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyi, rayon icra hakimiyyəti və bizim dəstəyimizlə orada həm maşınlarla və modul tipli qurğularla su daşınır.

Prezident İlham Əliyevin "İndi məsələ əsaslı şəkildə nə vaxt həll olunacaq" sualına cavabında Qorxmaz Hüseynov deyib:

"Cənab Prezident, məsələnin həlli üçün Siz keçən il 5 milyon vəsait ayırmışdınız, bu il investisiya proqramında 5 milyon vəsait ayrılıb. Biz layihənin tikintisinə başlamışıq və daha etibarlı mənbə olaraq Sizin iştirakınızla təməlqoyması və bir neçə rayonda açılışı olan Şirvan-Muğan magistral xəttindən Salyan ərazisinə 44 kilometr magistral xəttin tikintisinə artıq başlanılıb. Bu ilin noyabrında başa çatması planlaşdırılır və eyni zamanda, bu xəttboyu bütün kəndlərə də biz gələcəkdə investisiya proqramı...

Daha sonra Dövlət başçısı müşavirə iştirakçıları ilə problemin həlli istiqamətində müzakirələr aparıb.

Prezident İlham ƏliyevYəni, nə vaxt Neftçala şəhəri və o kəndlər, nə vaxt o məsələ həll olunacaq? Vətəndaşlar bunu eşitmək istəyir.

Qorxmaz Hüseynov: Cənab Prezident, noyabr ayında biz içməli suyu şəhərin özündə və şəhər şəbəkəsindən qidalanan qəsəbələrdə mövcud şəbəkəyə bağlayacağıq. Amma həmin kəndlərə xətlərin çəkilməsi üçün əlavə vəsait ayrılması üçün biz təklif hazırlayacağıq.

Prezident İlham ƏliyevBəs, noyabr ayına qədər məsələ necə həll olunacaq?

Qorxmaz Hüseynov: Yalnız maşınlarla, indiki vəziyyətdə suyu biz qismən veririk ki, texniki məqsədlərə istifadə edilsin.

Prezident İlham ƏliyevZeynal Nağdəliyev, məlumat verin, bu maşınlarla ki, deyir, suyu çatdırırıq, bu, kifayət edir şəhərə? Bu haqda məlumatınız var?

Zeynal NağdəliyevCənab Prezident, ümumiyyətlə, məlumat belədir ki, su qıtlığı var.

Prezident İlham Əliyev: Mən bilirəm su qıtlığı var. Deyirəm, Qorxmaz Hüseynov deyir ki, maşınlarla çatdırırıq, su ilə təmin edirik. Mən soruşuram, doğrudan belədir, yoxsa yox?

Zeynal NağdəliyevSu verilir, amma icazə verin, cənab Prezident, araşdırım Sizə məruzə edim.

Prezident İlham ƏliyevAraşdır. Şahin Mustafayev, siz bu məsələyə komissiyada baxmısınız?

Şahin Mustafayev: Bəli, cənab Prezident, biz bu məsələyə baxmışıq. Neftçala şəhərində vəziyyət çox ağırdır, gərgindir, maşınlarla su daşınır. Məruzə olunduğu kimi, noyabr ayında bunu başa çatdıracaqlar. Qorxmaz Hüseynov məruzə etməlidir, orada investisiya problemləri də var. Biz sonuncu komissiyada İqtisadiyyat Nazirliyinə də məlumat verdik, tapşırıldı ki, onlar da baxsınlar, çatışmayan vəsait haqqında araşdırmalar aparsınlar ki, Sizə məruzə olunan müddətdə bu məsələ öz həllini tapsın.

Eyni zamanda, cənab Prezident, biz məsələyə bir qədər qlobal yanaşmaq istərdik. Çünki bir sıra bizim yaşayış məntəqələrimiz birbaşa Kür çayından su götürürlər, necə ki, Neftçala götürürdü. Bu, gələcəkdə, qeyd etdiyiniz kimi, bilmək olmaz suyun həcmi necə olacaq. Biz qış aylarında məcbur olacağıq ki, Mingəçevir su anbarında ehtiyatlarımızı yığaq. Belə olan halda, ola bilsin ki, gələcəkdə bizim məntəqələrdə - Kür çayından birbaşa su götürən məntəqələrdə su çatışmazlığı olsun. Ona görə də biz düşünürük ki, bu məsələnin üzərində də çalışmaq lazımdır. Alternativ imkanlar araşdırılmalıdır ki, Kür çayından birbaşa içməli su götürən yaşayış məntəqələrinin təchizatını davamlı və dayanıqlı edək.

Prezident İlham Əliyev: Mütləq çalışın, tezliklə bu məsələ öz həllini tapsın. O vaxta qədər indi maşınlarla su daşınır, mənə dəqiq məlumat verərsiniz, bu, vətəndaşları təmin edir, yoxsa yox? Əgər təmin etmirsə, onda əlavə imkanlar tapmaq lazımdır ki, maşınlarla vətəndaşları təmin edə biləcək səviyyədə su daşınıb, onlara çatdırılsın.

pia.az


Etiket: Neftçala

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar