Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bəşəriyyət çox qudurmuşdu” – Rasim Balayev

"İnsanın içində bir Allah xofu, inam olmalıdır"...

PİA.az karantin rejimiylə bağlı Xalq artisti Rasim Balayevin Moderator.az-a verdiyi müsahibəni təqdim edir:

- Rasim müəllim, karantin rejimində vaxtınızı səmərəli keçirmək üçün nə işlə məşğul olursunuz?

- Hamımız canımızın hayındayıq, vaxtımızı səmərəli keçirməkdən söhbət gedə bilməz. Başımı atmaq üçün televizora baxıram, həyətda-bacada gəzirəm, internetdə müəyyən işlərlə maraqlanıram.

- Ümumiyyətlə, ürəyinizdə Allahla danışıb soruşursunuzmu ki, niyə insanları ev dustağı edib?

- Əlbəttə, Allahla danışıram. Allah bununla insanları cəzalandırır, çünki bəşəriyyət çox qudurmuşdu. Yer-yurd davası edirdilər və Allah da dedi ki, mənim yaratdıqlarımı bölüşdürürsünüz, amma mən indi elə edərəm ki, çarəsiz qalarsınız. Milyardları olub təyyarə alanlar bir dəfə Allaha şükür etmədilər, elə bildilər ki, belə də olmalıdır. Mən belə düşünürəm və bu bizim üçün bir cəzadır. Görək necə olur, karantin qurtardıqdan sonra isə hələ ki, görmək istədiyim elə bir iş yoxdur, hər şeyi zaman göstərəcək.

- İndiki vəziyyətdə televiziyalarımızdakı o bayağı verilişlərin də sayı azalıb. Bunu müşahidə etmisinizmi?

- İndi televiziyalar da məsələnin ciddiliyi haqda fikirləşirlər, müxtəlif kino və tamaşalar göstərirlər. Baxırsan ki, axır vaxtlar olan şeyləri yox, köhnə tamaşaları göstərirlər. Çünki təzə yaratmadıqları üçün onlar yoxdur.

- Koronavirusla Mübarizə Fonduna bəzi məmurların köçürdüyü pulun məbləği cəmiyyətdə birmənalı qarşılanmadı. Siz bu haqda nə deyə bilərsiniz?

- Ümumiyyətlə, karantin rejimi olmasa belə normal adam hər axşam yerinə girib yatanda özünə hesabat verməlidir. Fikirləşməlidir ki, bu gün Allah mənə nə qədər yetirdi, bunun zəkatını verdimmi? Allah sənə verir və gərək sən də kiməsə verəsən. İnsanın içində bir Allah xofu, inam olmalıdır. Amma bunların heç biri yoxdur. İnsan o qədər varlanır ki, Allahlıq eşqinə düşür. Təbii ki, bizim imkanlı məmurlarımız gərək kasıblara köməklik etsinlər.

Yəni qorxu və hörmət hissi yoxdur. Ümumiyyətlə, cəmiyyət ya qorxu hissiylə idarə olunur, ya da yüksək şüurla. İndi isə nə yüksək şüur, nə də qorxu var. Onda da bütün uyğunsuzluqlar başlayır. Ona görə də müəyyən bir yaşayış kriteriyası olmalıdır. Qorxu hissi olmayanda adam-adamlığından çıxır və Allah da onları cəzalandırır. Onların da hesabına günahsız adamlar qurban gedir.

pia.az


Etiket: Rasim Balayev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar